Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV VƏ BAKI DÖVLƏT UNİVERSİTETİ
BAKI DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR

Hər bir xalqın milli mənliyinin, milli şüurunun formalaşması onun mədəniyyətinin, elminin, təhsilinin inkişafı ilə şərtlənir. Bəşər sivilizasiyasının zirvəsinə yüksəlmək kimi şərəfli yol keçmiş xalqlar hər şeydən əvvəl elm və mədəniyyətin inkişafına borcludur. Çünki sivilizasiyanın ən sintetik göstəricisi elmin, təhsilin inkişafı hesab olunur. Antik yunan akademiyaları, qədim universitetlər də məhz bu ehtiyacdan yaradılmışdır.

Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli varlığın qüdrətli amillərindən olan milli təhsil sistemini və sivil mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum olmuşdu. Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra milli elm və mədəniyyətimizin inkişafı üçün yol açılmışdı. Qısa, lakin çox şərəfli bir ömür yaşamış Xalq Cümhuriyyətinin həyata keçirdiyi tədbirlərin ən önəmlilərindən biri 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması olmuşdur. Azərbaycan Parlamentinin 1919-cu il 1 sentyabr tarixli iclasında Bakıda universitetin təsis edilməsi barədə qərarı qəbul edilmiş və onun nizamnaməsi təsdiq olunmuşdur. Bununla da Avropa və Asiyanın qovuşuğunda yeni bir ali təhsil ocağı yaradıldı.

Birinci tədris ilini 2 fakültə - tarix-filologiya və tibb fakültələri ilə başlamış universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.

O dövrün mütərəqqi ziyalıları, uzaqgörən siyasi və dövlət xadimləri Azərbaycanın ilk dünyəvi ali təhsil müəssisəsini yaratmaq ideyasını irəli sürərkən dünya sivilizasiya tarixinin ibrət dərslərini nəzərə alaraq, haqlı olaraq ümid edirdilər ki, Afina akademiyaları dünyaya yunan mədəniyyətini, Sorbonna Universiteti fransız mədəniyyətini bəxş etdiyi kimi, Bakı Dövlət Universiteti də Azərbaycanın yeni güclü tərəqqisinin başlanğıcını qoyacaqdır.

BDU-nun keçdiyi yola nəzər salarkən belə bir qənaətlə razılaşmamaq olmur ki, Azərbaycanın bu gününü, onun elmini, mədəniyyətini, alimlərini, habelə iqtisadiyyatını, bir sözlə, bütünlükdə müasir Azərbaycan cəmiyyətini bu ali təhsil ocağından ayrılıqda təsəvvür etmək qeyri-mümkündür.

Təəssüf ki, 1930-cu ildə Xalq Komissarları Sovetinin qərarı ilə yenidən qurulma adı ilə universitet ləğv edilmiş və onun bazasında Ali Pedaqoji İnstitut yaradılmışdı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlamış və o, əvvəlki kimi, respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrilmişdir. İkinci Dünya müharibəsi illərində müəllimlərin xeylisinin müharibəyə getməsi ilə bağlı kəskin kadr çatışmazlığına baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bilmişdi. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində də universitet alimlərinin xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri Bakı Dövlət Universitetinin bazasında yaradılmışdır.

Ümummilli liderimiz Heydər Əliyev bu barədə demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanda ali təhsil sisteminin yaradılmasında, demək olar ki, liderlik etmiş və bu təhsil ocaqlarına necə deyərlər analıq, atalıq etmişdir”.

Universitetin ikinci dirçəliş və inkişaf mərhələsi 1969-cu ildən başlamışdır. Haqlı olaraq 1969-cu ildən sonrakı dövr universitetin həyatında bilik və elmin yüksək zirvələrinə doğru inkişaf illəri sayılır. Bu, universitetin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu dövrdə BDU-da ikinci və üçüncü tədris korpusları istifadəyə verilmiş, tədris kino-televiziya laboratoriyası, hesablama mərkəzi yaradılmış, çoxsaylı müasir laboratoriya avadanlığı alınıb quraşdırılmış, bununla da tədrisin keyfiyyətində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsinə zəmin yaradılmışdır.

BDU onu dünyada məşhurlaşdıran, xalqımızın fəxri olan böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirmişdir. Lakin BDU-nun ən böyük məzunu, obrazlı şəkildə desək, şah əsəri Heydər Əliyevdir. Ona görə ki, bu universiteti, eləcə də bütünlükdə Azərbaycan xalqını Heydər Əliyev qədər yüksəkliklərə qaldıran ikinci məzun yoxdur.

Heydər Əliyev BDU-nun məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə vurğulamışdır. Ulu öndərin universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bir mərhələsini təşkil edir. Universitet həyatının bir çox yadda qalan anları məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də BDU-nun zəngin və məzmunlu tarixinin ən şərəfli səhifələri Heydər Əliyevin iştirakı ilə və onun qayğısı sayəsində yazılıb desək, səhv etmərik.

Universitet təhsildə, elmi inkişafda, maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində ən böyük nailiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qazanmışdır. Bunun bir səbəbi böyük vətənpərvər və dövlət xadimi Heydər Əliyevin başçılığı ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, elm və təhsil sahələrində də güclü canlanmanın olmasındadır. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-82-ci illəri sözün həqiqi mənasında elmimizin, mədəniyyətimizin, təhsilimizin hərtərəfli tərəqqisi dövrü adlandırmaq olar. Bu illərdə Azərbaycanda neçə-neçə yeni ali məktəb, elmi tədqiqat institutları, mədəniyyət ocaqları yaradılmış, elmimiz və mədəniyyətimiz o zamankı SSRİ miqyasında qabaqcıl mövqelərə yüksəlmişdir.

Heydər Əliyevin Bakı Dövlət Universitetinə qayğısı və diqqəti bu müdrik dövlət xadiminin Azərbaycana 1993-cü ilin yayında ikinci dəfə rəhbərlik etdiyi dövrdə özünü xüsusilə qabarıq göstərmişdir. Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlərin uğursuz siyasəti digər sahələr kimi, bütünlükdə elmə və təhsilə də böyük zərbə vurmuşdu. Ali məktəblərin, o cümlədən də BDU-nun həyatında güclü tənəzzül baş vermişdi. Yalnız Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı bu tənəzzülün qarşısını almışdır. Müdrik şəxsiyyət və dövlət xadimi çox gözəl bilirdi ki, ali təhsili yuvarlandığı uçurumdan çəkib çıxarmaq bütünlükdə ölkənin, onun iqtisadiyyatının, elminin, mədəniyyətinin gələcək inkişafın möhkəm bünövrəsini yaratmaq üçün əsas şərtlərdən biridir. Bu baxımdan ali təhsilin flaqmanı sayılan Bakı Dövlət Universitetinin fəaliyyətinin canlandırılmasına da böyük diqqət yetirilmişdi.

Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir. Bununla yanaşı, Heydər Əliyevin tövsiyə və göstərişləri sayəsində BDU-nun yeni şəraitdə fəaliyyətini canlandırmaq, təhsilin və tədrisin keyfiyyətini yüksəlmək məqsədi ilə konsepsiya da işlənib hazırlanmışdır. Konsepsiyanın əsas elementlərini universitetin maddi-texniki bazasının dağılmasının qarşısını almaq, onun möhkəmləndirilməsi tədbirlərini həyata keçirmək, təhsil islahatını sürətləndirmək və real məcraya yönəltmək, əməkdaşların sosial problemlərinə qayğını artırmaq, sosial ədalət qaydaları çərçivəsində özünümaliyyələşdirmə prinsiplərini tətbiq etmək və ən nəhayət, universitet təhsilinin nüfuzunu artırmaq təşkil edirdi.

Heydər Əliyevin diqqət və qayğısı sayəsində konsepsiyanın həyat keçirilməsində mühüm nailiyyətlər qazanılmışdır. Universitetin maddi-texniki bazasının yaxşılaşdırılması, professor-müəllim heyətinin sosial problemlərinin həll edilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Ümummilli liderimiz çox yaxşı bilirdi ki, təntənəli yubiley tədbirlərində xalqın taleyüklü problemləri, keçmişi və gələcəyi ilə bağlı olan mühüm konseptual fikirlər bu və ya digər formada şərh edilir, araşdırılır və sistem halına salınır, nəticədə isə böyüməkdə olan nəslin sərvətinə çevrilir, onların dünyagörüşünün əsasını formalaşdırır. Ulu öndərin BDU-ya diqqət və qayğısının daha bir göstəricisi bu ali təhsil ocağının yubileylərinin keçirilməsidir. 90 illik fəaliyyəti dövründə universitetin 4 dəfə yubileyi keçirilmişdir və bunun üçün də məhz Heydər Əliyev iştirak etmişdir.

Ulu öndərin 1969-cu ildə universitetin 50 illik yubileyinin keçirilməsi ilə bağlı qərarı və bu yubileydəki çıxışı xüsusi qeyd olunmalıdır. Ona görə ki, 1969-cu ildə bəzi insanlar Azərbaycan tarixini saxtalaşdıraraq, Bakı Dövlət Universitetinin açılmasını respublikamızda sovet hakimiyyətinin qurulmasının nəticəsi kimi qələmə verməyə çalışır, müxtəlif bəhanələr gətirərək, universitetin 50 illik yubileyinin 1970-ci ildə, yəni Azərbaycanda sovet hakimiyyətinin qurulmasının yubileyi ilə bir vaxtda qeyd etmək istəyirdilər. Ulu öndər isə buna öz qəti etirazını bildirmiş və yubiley məhz 1969-cu ildə keçirilmişdir.

Heydər Əliyev çıxışlarının birində bu barədə deyir: “Bu dözülməz bir hal idi. Elə həmin 1969-cu il noyabrın 1-də biz universitetin 50 illiyini qeyd etdik. Mən özüm bu mərasimdə çıxış etdim. Bakı Dövlət Universitetinin sonrakı yubileylərində dəfələrlə qeyd olunmuşdur ki, bu çıxışın universitetdə böyük əks-sədası oldu. Çünki bu çıxış Azərbaycan dilində idi və universitetin qarşısında qoyulan məsələlər bizim ümummilli problemlərimizlə sıx bağlı idi”.

Bakı Dövlət Universiteti təkcə Azərbaycanın ali təhsilinin flaqmanı, güclü elm mərkəzi deyil, həm də ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayan əzəmətli qüvvəni təmsil edən çoxminli kollektivdir. O, Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə mərkəzində olmuş, bu proseslərin xarakter və istiqamətinə güclü təsir göstərmişdir. Xalqımızın müasir tarixinin ən məsuliyyətli, taleyüklü məsələlərinin həll olunduğu məqamlarda universitetin kollektivi əsl vətəndaş mövqeyi və milli təəssübkeşlik nümayiş etdirmiş, milli dövlətçiliyin, sabitliyin və əmin-amanlığın qorunub saxlanmasına layiqli töhfə vermişdir. Ümummilli liderimizin özünün də dediyi kimi, “Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Bakı Dövlət Universitetində inkişaf etdirilmişdir”.

Heydər Əliyev dühasından ilham alan Bakı Dövlət Universiteti bu gün dünyanın nüfuzlu elm və təhsil ocaqları ilə sıx əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır. Hazırda BDU-nun 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 20 minə yaxın tələbə təhsil alır. Universitetin elmi kitabxanasının fondunda 2,5 milyondan artıq ədəbiyyat var, onun 12 oxu zalı, 5 abonement şöbəsi müəllim və tələbələrin istifadəsindədir.

Universitet yüksəkixtisaslı kadrlar hazırlamaqla bərabər, 123 kafedranı, 200-dən çox əməkdaşı olan 37 elmi tədqiqat və tədris laboratoriyasını, elmi tədqiqat tətbiqi riyaziyyat və fizika problemləri institutlarını özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş mövzularda araşdırmalar aparan böyük elmi mərkəzdir.

Universitetin beynəlxalq əlaqələri də gündən-günə genişlənir. Hazırda BDU keçmiş SSRİ-nin bir çox universitetlərini özündə birləşdirən Avrasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmiş BDU M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Texniki Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər ali məktəblərlə ikitərəfli müqavilələr əsasında geniş elmi-texniki, müəllim-tələbə mübadiləsi əməkdaşlığı edir.

Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulmuşdur.

Universitetin gerbi var, çap avadanlıqları olan nəşriyyatı, 6 muzeyi, 80 elmi tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, poliklinikası fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi vardır.

Bakı Dövlət Universiteti ilə İstanbul Aydın Universitetləri Şəbəkəsi arasında “Heydər Əliyevi Araşdırma Mərkəzi”nin yaradılması haqqında niyyət protokolu imzalanmışdır.

Universitetin rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmov demişdir ki, bu sənəd Heydər Əliyev irsinin daha geniş öyrənilməsi, beynəlxalq aləmdə təbliğ edilməsi məqsədi ilə imzalanmışdır.

A.Məhərrəmov bildirmişdir ki, Heydər Əliyev irsinin öyrənilməsi bütün türk dünyası və bəşəriyyət üçün əhəmiyyət kəsb edir. Ümummilli liderlər hər bir xalqa nəsib olmur. Yalnız qüdrətli xalqlar ümummilli liderlər yetirir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ümummilli lideri var.

Xətai Əzizov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub