“Heydər zirvəsi”nə yürüş təşkil olunacaqdır
Bakı, 6 may (AZƏRTAC). Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə (3751 metr) yürüş təşkil olunacaqdır.
Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, yürüşdə federasiyanın fəalları, respublikanın müxtəlif təşkilat və ali məktəblərindən 130 könüllü iştirak edəcəkdir.
Hava və Ekstremal İdman Növləri və Alpinizm Federasiyalarının “Koordinasiya Şurasının” birgə qərarı ilə alpinist Saridan Mursaqulova yürüşün rəhbəri təyin olunmuşdur.
Yürüşün təşəbbüskarı Gənclər və İdman Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:51]
Futbol üzrə Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]