HƏZİ ASLANOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ CÜDO TURNİRİ BAŞLANMIŞDIR
Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Çıxış edənlər son illər idmançılarımızın beynəlxalq yarışlarda uğurla çıxış etmələri ilə yanaşı, ölkəmizin belə mötəbər turnirlərin mərkəzinə çevrilməsindən də danışmışlar. Bildirmişlər ki, respublikamızda cüdonun inkişafı, Həzi Aslanovun xatirəsinə keçirilən yarışın mükafatları uğrunda Azərbaycan, Rusiya, Gürcüstan və Ukraynanın 150-yə yaxın yeniyetmə oğlan və qız cüdoçusu 9 çəki dərəcəsi üzrə mübarizə aparacaqdır. Qaliblər mayın 21-də məlum olacaq.
Xatırladaq ki, 1975-ci ildən, ənənəvi olaraq, keçirilən bu turnirdə indiyədək 5 minə yaxın idmançı, o cümlədən 24 xarici ölkənin 900 təmsilçisi iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]