HƏZİ ASLANOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ CÜDO TURNİRİNƏ YEKUN VURULMUŞDUR
Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışın mükafatları uğrunda Azərbaycan, Rusiya, Gürcüstan və Ukraynanın 150-ə yaxın yeniyetmə oğlan və qız cüdoçusu mübarizə aparmışdır.
Oğlanlar arasında Azərbaycan idmançıları Rəsul Qəhrəmanov (46 kq), İlqar Müşdiyev (50 kq), Rəşid Məmmədov (55 kq), Orxan Dünyamalıyev (60 kq), Paşa Nəbizadə (66 kq), Ramin Qurbanov (81 kq), Nain Allahverdiyev (90 kq), Ukrayna cüdoçuları Denis Riqorenko (73 kq) və Samo Xvalov (+90 kq), qızlar arasında Azərbaycan təmsilçiləri Türanə Seyidi (48 kq), Nazənin Məmmədzadə (52 kq), Jalə İbrahimova (57 kq), Raqiyə Qarayeva ( 63 kq),Gürcüstan idmançıları Tfira Abuladze (36 kq), Lusio Tnikaşvili (40 kq), Yelena Gibadze (70 kq) və Anna Lumidze (+70 kq) birinci yeri tutmuşlar.
Azərbaycan cüdoçuları ümumi komanda hesabında birinci yeri tutmuşlar. Gürcüstan ikinci, Ukrayna üçüncü olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]