HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM PRATİBHA DEVİSİNQH PATİLƏ
Hörmətli xanım Prezident,
Ölkənizdə baş vermiş dəmir yolu qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbəri kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Hindistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 may 2010-cu il