Hindistanda dini mərasimdə verilən yeməkdən 300 nəfər zəhərlənib
Bakı, 20 fevral, AZƏRTAC
Hindistanın qərbindəki Maharaştra ştatında keçirilən dini mərasim zamanı 300-ə yaxın insan yeməkdən zəhərlənib.
AZƏRTAC India today saytına istinadla xəbər verir ki, hadisə Buldhana rayonunda bir həftə davam edən dini tədbir zamanı baş verib.
Təcili tibbi yardım xidməti onlarla insanın ishal, ürəkbulanma və digər şikayətlərlə tibb müəssisələrinə yerləşdirildiyini bildirib. Lakin yer azlığı səbəbindən pasiyentlərin çoxu xəstəxana binasından kənarda açıq havada müalicə almalı olub.
Yerli hökumət hadisənin qida zəhərlənməsi səbəbindən baş verdiyini ehtimal edir. Mütəxəssislər dini mərasimdə verilən qidalardan nümunələr toplayaraq müayinə və analiz üçün laboratoriyaya göndəriblər.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]