Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb olub
Bakı, 9 dekabr, AZƏRTAC
“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.
AZƏRTAC “The Times of India” qəzetinə istinadla xəbər verir ki, həftənin əvvəlində Tamil Nadu ştatının sahillərinə çatan “Miçaunq” qasırğası Çennai şəhərində və onun ətrafında həyatı iflic edib. Şiddətli leysan yağışları nəticəsində şəhərin bir neçə rayonu su altında qalıb.
Hazırda gücünü itirən siklon ərazini tərk etdikcə və şəhərləri basan suyun səviyyəsi aşağı endikcə həlak olanları cəsədləri üzə çıxır. Bu səbəbdən təbii fəlakət nəticəsində ölənlərin sayı barədə məlumatlar daim yenilənir.
Çennai polisi insanların əksəriyyətinin suda boğularaq və elektrik xətlərinin aşması nəticəsində cərəyan vurması nəticəsində öldüyünü bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]