Hindistanda vəhşi fil 4 nəfəri öldürüb VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Hindistanın Tamilnad ştatında vəhşi filin hücumu nəticəsində aralarında 12 yaşlı qızın da olduğu 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident iyunun 2-nə keçən gecə Koimbatur dağının ətəyindəki Vellalor rayonunda baş verib. Fil evlərdən birinə soxularaq yatan iki nəfərə, sonra isə sahədəki iki qadına hücum edib. Yaralıların hamısı xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hökumət və ekoloqlar hadisənin başvermə səbəblərini müxtəlif cür izah edirlər. Ekoloqların fikrincə, filin aqressiv davranışının səbəbi onların təbii populyasiya yerlərinin insanlar tərəfindən zəbt olunmasıdır. Həmçinin son bir neçə ildə Tamilnadda baş verən quraqlıq səbəbindən filin ac qalması və insanlara məhz bu səbəbdən yaxınlaşması güman olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]
Yaponiyada zəlzələ olub
- 16.06.2026 [15:09]