Hindistanla Çin arasında 5 ildən sonra ilk birbaşa aviareys həyata keçirilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Təxminən beş illik fasilədən sonra Hindistan və Çin arasında ilk birbaşa aviareys həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Hindistanın “IndiGo” aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər saatlarında Çinin cənubundakı Quançjou şəhərinə enib.
Qeyd edək ki, indiyədək Hindistandan Çinə və əks istiqamətə səfər edən sərnişinlər üçüncü ölkələr vasitəsilə uçmalı olurdular. İki ölkə arasında birbaşa aviareyslər əvvəlcə 2020-ci ildə koronavirus pandemiyası səbəbindən dayandırılmışdı. Ardınca Himalay bölgəsində sərhəd mübahisəsi səbəbindən Çin və Hindistan hərbçiləri arasında baş vermiş toqquşmalardan sonra fasilə siyasi səbəblərlə görə uzadılmışdı.
Birbaşa uçuşların bərpası hazırda dünyanın ən çox əhalisi olan iki ölkəsi arasında münasibətlərin yaxşılaşmasının göstəricisi kimi qiymətləndirilir. Noyabrın əvvəlindən etibarən Şanxay–Dehli şəhərləri arasında da müntəzəm reyslərin həyata keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]
Aleksandr Novak: Rusiyanın neft hasilatı azalıb
- 04.06.2026 [16:08]