Hizbullah İsrailin Dişon qəsəbəsinə hücum edib
Bakı, 24 dekabr, AZƏRTAC
Hizbullah partiyasının silahlı qanadının dəstələri Livanla sərhəddən bir kilometr aralıda yerləşən Dişon qəsəbəsində İsrail ordusunun mövqelərini atəşə tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Hizbullahın hərbi informasiya xidməti teleqram kanalında bəyanat yayıb.
Bildirilir ki, zərbələr çoxsaylı raket sistemlərindən endirilib.
Bəyanatda bu əməliyyatın “İsrailin Qəzza zolağında hücumlarına müqavimət göstərən Fələstin əhalisinin rəşadətli müqaviməti ilə həmrəylik məqsədilə” həyata keçirildiyi qeyd olunub.
İsrail artilleriyası atəş açılan Ayt əş-Şaab və Aytrun yaşayış məntəqələrinin ətrafına cavab zərbələri endirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]