MƏDƏNİYYƏT
Hollivud ulduzları Venesiya Kinofestivalında iştirak etməyəcək
![Hollivud ulduzları Venesiya Kinofestivalında iştirak etməyəcək](/files/2023/2/1200x630/1693418245157351796_1200x630.jpg)
Bakı, 30 avqust, AZƏRTAC
Venesiyada bu il bir çox Hollivud ulduzlarının iştirak etməyəcəyi məşhur Venesiya Kinofestivalı açılır. Onlar Hollivudda aktyorlar və ssenaristlərin davam edən tətili səbəbindən qırmızı xalçada görünməyəcəklər.
AZƏRTAC “BBC” telekanalına istinadla xəbər verir ki, artıq 80-ci dəfə keçirilən dünyada ən uzunmüddətli kinofestivalı Luka Quadanyinonun "Namizədlər" (Challengers) filmi açmalı idi. Bu melodramdakı baş rolu müğənni və aktrisa Zendeya ifa edib. Lakin son dəqiqə onu rejissor Edoardo De Ancelisin "Komandante" (Comandante) italyan hərbi draması əvəz etməli oldu. Aktrisa Ema Stoun çoxdan gözlənilən “Zavallılar” (Poor Things) filminin premyerasında iştirak etməyəcək; əfsanəvi dirijor və bəstəkar Leonard Bernstayn haqqında “Maestro” (Maestro) filminin rejissoru və baş rolun ifaçısı Bredli Kuper də Venesiyaya gəlməyəcək.
Adam Drayver baş rolu oynadığı yarışçı və konstruktor Enzo Ferrari haqqında rejissor Maykl Mannın “Ferrari” (Ferrari) filmini təqdim edəcək.
Sentyabrın 9-na qədər davam edəcək festivalın sonuna yaxın “Yaddaş” (Memory) filminin premyerasında Cessika Çesteynin iştirak edəcəyi gözlənilir.
“Qızıl aslan” mükafatına namizədlər arasında Sofiya Koppolanın Elvis Preslinin həyat yoldaşı haqqında “Priszilla” (Priscilla) filmi və “Döyüş klubu” filmi, əvvəlcə fitə basıldılan, 20 ildən sonra kult ekran əsəri qismində Venesiyaya qayıdan Devid Finçerin “Qatil” (Killer) filmi yer alıb.
Hollivud aktyorları və yazıçılarının əməkhaqqı və süni intellekt tərəfindən təhdid səbəbindən tətili artıq bir neçə aydır davam edir.
Hollivud aktyorları ssenaristlərin tətilinə qoşulublar. Bir neçə ulduz birbaşa “Oppenqeymer” premyerasını tərk edib.
Venesiya mütəmadi olaraq “Oskar”a əsas favoritləri “tədarük edir”. Ən yaxşı rejissor işinə görə son 11 “Oskar”dan 8-nə hazırkı festivalın münsiflər heyətinin sədri olan rejissor Demien Şazelin 2016-cı ildə çəkdiyi "La La Land" filmi də daxil olmaqla, Venesiyada ilk dəfə iştirak edən filmlər layiq görülüb.