Honkonq yanğını: İtkin düşmüş 159 nəfərin sağ olduğu aşkarlanıb
Bakı, 1 dekabr, AZƏRTAC
Honkonq polisi noyabrın 26-da “Tai Po” yaşayış kompleksində baş vermiş güclü yanğında itkin düşmüş sayılan 159 nəfərin sağ olduğunu təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli polis idarəsinə istinadla məlumat yayıb. Polisin nümayəndəsi mətbuat konfransında bildirib ki, yanğın nəticəsində ölənlərin sayı 146 nəfərə yüksəlib, daha 79 nəfər yaralanıb. Bu arada, Çin Xalq Bankı zərərçəkənlərə yardım məqsədilə ianələr üçün "yaşıl kanal" açıb. Bu, kommersiya banklarına müvafiq sənədləri və məlumatları yoxlamadan müvafiq fondun hesabına birbaşa vəsait köçürməyə imkan verəcək.
Xatırladaq ki, yaşayış kompleksində baş vermiş yanğın şəhər tarixində ən ölümcül yanğın olub. Kompleksdəki 2000-ə yaxın mənzildə təxminən 4000 sakin yaşayırdı. Yanğına təmir üçün quraşdırılan bambuk ayaqaltıların üzərinə atılan siqaretin səbəb ola biləcəyi ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]