Humanitar yardımın keyfiyyət sertifikatı Rusiya sülhməramlılarına təqdim edilib
Ağdam, 30 avqust, T.Ağaməmmədov, AZƏRTAC
Dünən gətirilən humanitar yükün keyfiyyət sertifikatı Rusiya sülhməramlılarına təqdim edilib. Hazırda cavab gözləyirik.
AZƏRTAC-ın bölgə mübxiri xəbər verir ki, bu sözləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.
Könüllülərlə birgə gecə çadırlarda qaldıqlarını söyləyən C.Mirzəyev hazırda heç bir dəyişikliyin olmadığını bildirib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarının ödənilməsi üçün Bakıdan göndərdiyi humanitar yardım avqustun 29-da Ağdama çatıb.
Yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatı var. Yardımın Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]