Husilər Qırmızı dənizdə Britaniya tankerinə raket zərbəsi endirib
Bakı, 17 fevral, AZƏRTAC
Yəməndəki qiyamçı “Ənsar Allah” hərəkatının silahlıları - husilər Qırmızı dənizdə Böyük Britaniyanın “Pollux” neft tankerinə raket zərbəsi endirib.
AZƏRTAC xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalının efirində deyib.
“Yəmən donanması Qırmızı dənizdə Böyük Britaniyanın "Pollux" neft tankerinə qarşı əməliyyat keçirib və ona çox sayda raketlə dəqiq zərbə endirib”, - deyə Yəhya Səriya bildirib.
“Marine Traffic” gəmi izləmə xidmətinin məlumatına görə, Panama bayrağı altında Süveyş kanalı ilə Hindistanın Paradip limanına doğru üzən “Pollux” tankeri olduğu yer haqqında sonuncu dəfə fevralın 12-də Qırmızı dənizin şimal hissəsindən məlumat ötürüb.
Qeyd edək ki, husilər Qəzza sektorunda döyüşlər başlayanda İsrail dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini elan ediblər. Ötən il noyabrın ortalarından bəri onlar Qırmızı dəniz və Ədən körfəzində onlarla gəmini atəşə tutub. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərini vurmağa davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]