HÜSNİ MÜBARƏK: İSLAM AMANSIZ HÜCUMA MƏRUZ QALMIŞDIR
Misir lideri demişdir: “Biz yaxşı anlayırıq ki, hansı hədələr və təhlükələrlə üzləşməli oluruq, lakin bu, bizi imanımızdan döndərməyəcəkdir. Biz müqəddəs ocaqlarımızı, eyniliyimizi müdafiə edərək, təhlükələrə sinə gərməyə, hədələri dəf etməyə hazırıq”. O əlavə etmişdir ki, “indi biz müsəlman dövlətlərinin və xalqlarının birləşməsinə həmişəkindən daha çox ehtiyac duyuruq”.
Mübarək vurğulamışdır ki, İslam tez-tez haqsız ittihamlara məruz qalır. Misir lideri demişdir: “İslam irqçiliyi və ekstremizmi qadağan edir. Nasizm və faşizm müsəlman torpaqlarında yaranmamışdır. Çox vaxt müsəlmanlar özləri islam haqqında səhv təsəvvür yaranmasına səbəb olurlar. Məgər biz, müsəlmanlar, islam haqqında səhv mülahizələrə görə qismən məsuliyyət daşımırıqmı?”. Mübarək konfessiyalararası dialoqa və qarşılıqlı hörmətə çağırmışdır.