İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” kitabı çapdan çıxıb
Bakı, 4 aprel, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poeması 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işığında çap olunub.
Milli Məclisin sədr müavini Adil Əliyev kitaba “Heydər Əliyev - Böyük millət və dövlət xadimi” adlı “Ön söz” yazıb. “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında Heydər Əliyevin bədii obrazı haqqında” digər “Ön söz”ün müəllifi isə filologiya elmləri doktoru Salidə Şərifovadır.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, rəyçisi filologiya elmləri doktoru, professor Vüqar Əhməddir.
Poemada Ulu Öndərin hələ sovet illərində Azərbaycanı geridə qalmış respublikadan qabaqcıllar sırasına çıxarması, onun keçmiş SSRİ-nin ali rəhbərliyində ən çətin və məsuliyyətli sahələrə məharətlə, yüksək peşəkarlıqla rəhbərlik etməsi, ideoloji işin ustası, mahir bilicisi kimi ürəkdən gələn poetik misralarla məhəbbətlə tərənnüm olunub.