İcbari tibbi sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb
Bakı, 14 dekabr, AZƏRTAC
“İcbari tibbi sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb”.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.
O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40 faiz idisə, hazırda 64 faiz təşkil edir.
“Agentliyin məqsədi sığorta çərçivəsində qarşılanan tibbi xidmətləri əhali üçün əlçatan etməkdir. Agentlik tərəfindən görülən bütün tədbirlər vətəndaşlara vaxtında, keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Bu səbəbdən də agentlik xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək göstərir”,- deyə Z.Əliyev bildirib.