“İÇƏRİŞƏHƏR” DÜŞÜNDÜRƏN FİLMDİR
Filmin çəkildiyi vaxtdan beş il keçsə də mövzu aktuallığını bu gün də itirməmişdir. Prezident Heydər Əliyevin “Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” 2003-cü il 18 fevral tarixli Sərəncamı əcdadlarımızın bizə miras qoyduqları bu nadir abidədə tikinti aparılmasını qadağan edir. Lakin bəzi fəal işbazları heç bir qüvvə dayandıra bilməmişdir.
Cəmi 8,5 dəqiqəlik bu film insanı kədərli düşüncələrə qərq edir. Üzeyir Hacıbəyovun “Koroğlu” operasından uvertüranın sədaları altında tamaşaçı İçərişəhərdə ucaldılmış yeni “qəsr”ləri əks etdirən kadrları görür.
Filmin ingilis dilində titrlərində deyilir: “Bakı orta əsrlərdə belə olmuşdur. Bəs, bizə qalanları necə saxlamalı?”
Bu film həyəcan siqnalıdır, onun məqsədi ictimaiyyətin diqqətini, nəhayət, bu problemi necə həll etmək məsələsinə cəlb etməkdir.
Filmin prodüseri Dnepropetrovskda yaşayan həmyerlimiz Zübeyr Bəhlul oğlu, operatoru isə Yuri Varnavskidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:20]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]