İÇƏRİŞƏHƏRLƏ TANIŞLIQ
Qonaqlar xalqımızın zəngin tarixi keçmişinin yadigarlarına maraqla tamaşa etmiş, gördüklərindən məmnun qalmışlar. Onlara məlumat verilmişdir ki, Bakıda qədim abidələrin qorunub saxlanmasına, inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu yaradılmışdır.
Belə maddi-mənəvi dəyərlərin bütün bəşəriyyətə məxsus olduğunu bildirən qonaqlar, Bakıda tarixin qədim dövrlərinin yadigarı olan abidələrlə yeni ucaldılan binalar arasında harmoniyanın saxlanmasının vacibliyini vurğulamışlar.
Qız qalasından Xəzəri seyr edən qonaqlarda Milli Park da xoş təəssürat doğurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib
- 16.10.2026 [14:18]
Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]