“IDDA Awards” müsabiqəsinə təqdim edilən layihələr ictimai səsverməyə çıxarılır
Bakı, 12 oktyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçiriləcək “IDDA Awards” müsabiqəsinə təqdim edilən layihələr ictimai səsverməyə çıxarılır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu gündən başlayaraq www.awards.idda.az veb-saytına daxil olub işləri dəyərləndirmək, seçilmiş layihəyə səs vermək mümkündür. Müsabiqədə iştirak üçün 150-dən çox müraciət qəbul edilib. “IDDA Awards” üzrə mükafatlandırma 13 nominasiya üzrə aparılır.
Qeyd edək ki, hər nominasiya üzrə bir namizədə səs vermək olar. Səsvermədən sonra nəticələr ictimaiyyət üçün açıqlanacaq və seçilmiş işlər münsiflər heyətinin səsverməsinə təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:34]
Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]