İdman dırmanması üzrə "Ümid" yarışı keçirilib
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə idman dırmanmasının çətinlik və sürət növləri üzrə “Ümid” yarışı keçirilib.
FAİREX-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarış 14 yaşdan yuxarı oğlanlar və qızlar arasında 2 kateqoriya üzrə təşkil olunub.
Çempionat idmanın bu növü ilə yeni məşğul olanların həvəsləndirilməsi və yarış təcrübəsinin artırılması məqsədilə təşkil edilib.
Turnirin sonunda qaliblərə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.