İDMAN
İDMAN JURNALİSTLƏRİNİN MİLLİ YARADICILIQ TƏŞKİLATI İLƏ YEKUN VURMUŞDUR
Assosiasiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qəzet və jurnal işçiləri arasında “Olimpiya dünyası” qəzetinin əməkdaşı Rasim Mövsümov, televiziya işçiləri arasında “Space”in əməkdaşı Elnur Kələntərov, radiojurnalist, Azərbaycan radiosunun əməkdaşı Yaqub Nuriyev ən yaxşı adlandırılmışlar.
2003-cü ildə idman tədbirlərini ən yaxşı işıqlandıran “Olimpiya dünyası”, “Exo”, “Həftəiçi” qəzetləri olmuşlar.
“Space” TV-nin “Sport layn” proqramı ən yaxşı teleproqram sayılmışdır.
İlin ən yaxşı qadın idmançısı adını Dinara Gimatova (bədii gimnastikası) qazanmışdır. 2003-cü ilin ən yaxşı kişi idmançıları boksçu Ağası Məmmədov, sərbəst güləşçi Arif Abdullayev və ağır atlet Turan Mirzəyev olmuşlar.
Azərbaycanın otüstü xokkey üzrə yığma qadın komandası ilin ən yaxşı komandası adına layiq görülmüşdür.
Niftəli Quliyev boks, İsgəndər Əsgərov həndbol, İmanxan Sultani futbol üzrə ilin ən yaxşı hakimləri adlandırılmışlar.