III Avropa Oyunları: Atıcılıq üzrə millimiz finala yüksələ bilməyib
Vrotslav, 24 iyun, AZƏRTAC
Polşada təşkil olunan III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, qadınların tapançadan 10 metr məsafəyə atəşaçmada komanda yarışlarında mübarizə aparan Nigar Nəsirova, Nərminə Səmədova və Nəzrin Abbaslıdan ibarət yığmamız təsnifat mərhələsinin birinci qrupunda çıxış edib. Yarışda 826 xal toplayan komandamız qrupda sonuncu - doqquzuncu olub və finala vəsiqə qazana bilməyib.
Final mərhələsinə ilk 8 yerin sahibi yüksəlib.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]