CƏMİYYƏT
İki avtomobil minaya düşüb, ölən və xəsarət alan var - YENİLƏNİB
![İki avtomobil minaya düşüb, ölən və xəsarət alan var - YENİLƏNİB](/files/2023/3/1200x630/16971947641108127698_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
10:30
Oktyabrın 13-də minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Hadisə işğaldan azad edilmiş ərazidə qeydə alınıb.
Bildirilib ki, ilkin məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində “QAZel” markalı maşının sürücüsü Əbilov Famil İlyas oğlu həlak olub. Yük maşınının sürücüsü Bayramov Namaz Nəbadi oğlu isə xəsarət alıb.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.