İki ayda Gürcüstanın tədarük etdiyi elektrik enerjisinin 49 faizi Azərbaycanın payına düşüb
Tbilisi, 14 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Gürcüstan saatda 526,30 milyon kilovat həcmində elektrik enerjisi idxal edib. Bunun da saatda 256,875 milyon kilovatı Azərbaycanın payına düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə Gürcüstan tədarük etdiyi elektrik enerjisinin 49 faizini Azərbaycandan alıb. Rusiyadan isə saatda 269,423 milyon kilovat elektrik enerjisi idxal edib.
İki ayda Gürcüstan Azərbaycandan Türkiyəyə saatda 51,09 milyon kilovat həcmində elektrik enerjisi tranzitini həyata keçirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:01]
Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb
- 15.10.2026 [11:44]
AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb
- 15.10.2026 [10:56]