İki boksçumuz Avropa Olimpiya təsnifat turnirinə qələbə ilə başlayıb
Bakı, 15 mart, AZƏRTAC
Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya təsnifat turniri start götürüb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, on gün davam edəcək yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.
Boksçularımızdan Tayfur Əliyev (57 kq) onaltıdabir finalda Bişara Sabbarla (İsrail) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Avropa Oyunlarının mükafatçısı rəqibini 5:0 hesabı ilə məğlub edib. Boksçumuz səkkizdəbir finalda Edqaras Skurdelislə (Litva) qarşılaşacaq. Görüş martın 16-da olacaq.
Tayfur Əliyev kimi, Kamran Şahsuvarlı da yarışa qələbə ilə başlayıb. Belə ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz otuzikidəbir finalda Edin Avdiçdən (Avstriya) güclü olub - 4:1. O, onaltıdabir finalda dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının qalibi ukraynalı Aleksandr Xijnyakla döyüşəcək. Bu qarşılaşma da martın 16-na təsadüf edəcək.
Qadın boksçularımızdan Anaxanım Ağayeva (51 kq) debütdə Tatyana Kobu (Ukrayna) sınağa çəkib. Lakin səkkizdəbir finala rəqib yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]