RƏSMİ XRONİKA
İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI ƏLAHƏZRƏT ABDULLAH BİN ƏBDÜLƏZİZ AL SƏUDA
Əlahəzrət,
Əziz qardaşım,
Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, qardaş xalqlarımızın istək və iradəsi ilə ölkələrimiz arasında yaranmış möhkəm dostluq münasibətlərini qoruyub saxlamaq, əməkdaşlığımızı daha da inkişaf etdirmək, əlaqələrimizi hərtərəfli genişləndirmək üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.
Belə bir xoş fürsətdən istifadə edərək Sizə ən səmimi arzularımı yetirməkdən məmnunluğumu bildirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 sentyabr 2007-ci il.