Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkili standartların müəllifləri unutmamalıdırlar ki...

İkili standartların müəllifləri unutmamalıdırlar ki...

Bakı, 27 aprel, AZƏRTAC

İstənilən beynəlxalq platforma, xüsusən də BMT kimi ali təşkilatın tribunası dünya gündəliyinə çıxarılan məsələ və problemlərin müzakirə imkanları baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət və hökumət başçılarının iştirakı ilə bu cür platformalarda aparılan müzakirələr imkan verir ki, əksəriyyətin qəbul etdiyi ortaq yanaşmaya nail olunsun, bu məqsədlə mümkün qərarlar verilsin. Prezident İlham Əliyevin aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında iştirakı, elə həmin səbəbdən, ölkəmiz üçün də əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatıÜlvi Quliyev ifadə edib.

Deputat deyib: “Tədbirdəki çıxış bir daha göstərdi ki, Prezident İlham Əliyevin qlobal və regional səviyyəli məsələlərə münasibəti dəyişməz qalır, bəyanatları məntiqi ardıcıllığı ilə fərqlənir. Ən əsası, bu bəyanatlar ədalətin və beynəlxalq hüququn aliliyinə nail olmaq istəyindən irəli gəlir, ali dəyərlərin siyasi maraq və ikili standartların qurbanına çevrilmək təhlükəsinin qarşısını almağa xidmət edir. Məsələn, Prezident İlham Əliyev çıxışında növbəti dəfə diqqəti ona çəkdi ki, COVID-19 pandemiyasının yaratdığı böhranlı fəsadların aradan qaldırılması vaksinlərin ədalətli bölgüsünü tələb etdiyi halda, dünyada fərqli mənzərə müşahidə olunur. Mövcud olan vaksinlərin 53 faizi yalnız zəngin dövlətlər tərəfindən sifariş edilib. Vaksin təminatında ədalətsiz bölgünün səviyyəsini göstərmək üçün, dövlətimizin başçısı çıxışında “vaksin millətçiliyi” terminindən istifadə etdi. Ötən il sentyabrın 24-də, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxış edərkən də Azərbaycan Prezidenti bu məsələyə xüsusi diqqət çəkmişdi və haqsızlığın aradan qaldırılması məqsədilə o vaxt belə bir təklif vermişdi: “Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır”. Dövlətimizin başçısının bəyanatlarının məntiqi ardıcıllığa söykəndiyini qeyd edərkən, həm də beynəlxalq əhəmiyyətli bu cür həssas məsələlərdə onun dəyişməz mövqeyini nəzərdə tuturam. Dövlətimizin başçısının budəfəki çıxışı da göstərdi ki, dəyərlər və müəyyən etdiyi prioritetlər dəyişməzdir: “Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir”. Tədbir iştirakçılarının diqqətinə o da çatdırıldı ki, ölkəmizdə əhalinin 14 faizi artıq vaksinasiya olunub və bu məqsədlə 1,4 milyon vaksindən istifadə edilib”.

Ü.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev BMT-yə aid nüfuzlu tribunadan cəmiyyətimizi narahat edən problemləri, Ermənistanın 30 il boyunca davam etdirdiyi təcavüzkar və işğalçılıq siyasətinin Azərbaycana vurduğu mənəvi və maddi ziyanların miqyasını bir daha dünya birliyinin diqqətinə çatdırdı. Prezident tədbir iştirakçılarına xatırlatdı ki, Ermənistan məhz təcavüzkar mahiyyətinə görə 27 il ərzində BMT Təhlükəsizlik Şurasının imperativ mahiyyətli 4 qətnaməsini saya salmadı və onları icra etmədi. Dövlətimizin başçısı Ermənistanın bu saymamazlığının kökündə dayanan səbəbi də açıb göstərdi: “Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir”. Prezident ona işarə etdi ki, dünyada mövcud olan ikili standartlar təcrübəsi sonda Ermənistan kimi ölkələri beynəlxalq hüquqa zidd olan əməllərə təşviq edir, haqqa və ədalətə, dünya qanunlarına qarşı hörmətsizliyə həvəsləndirir: “Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı”.

Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq tribunalardan verdiyi bu cür bəyanatlarla çatdırmaq istədiyi mesaj, əslində, ondan ibarətdir ki, Azərbaycanın dünyadan gözləntisi və yeganə istəyi tarixi ədalətə, beynəlxalq hüquqa qarşı istisnasız hörmət göstərilməsidir, bu cür ali anlayışların və ümumbəşəri dəyərlərin siyasi maraqların güdazına verilməməsidir. Yeri gəlmişkən, hələ 44 günlük Vətən müharibəsindən əvvəl, ötən ilin sentyabrında BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı zamanı Prezident İlham Əliyev belə bir təklif də irəli sürmüşdü: “Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır”.

“Dövlətimizin başçısı aprelin 26-dakı çıxışında Xocalı soyqırımı faciəsini növbəti dəfə dünyanın diqqətinə çatdırdı və bununla, ikili standartların yalnız bir məsələ - vaksin ətrafında məhdudlaşmadığına işarə etdi. Bildirdi ki, Xocalı soyqırımı hələ ki, cəmi 13 ölkə tərəfindən tanınıb. Prezident ilk dəfə deyil ki, xalqımızın məruz qaldığı soyqırımı, erməni vəhşiliyini olduğu kimi dünya ictimaiyyətinə çatdırır. Lakin budəfəki xatırlatma məhz ABŞ prezidentinin uydurma “erməni soyqırımı” ilə bağlı məlum ədalətsiz açıqlamasından iki gün sonraya təsadüf edirdi. Tarixçilərin arxivlərdə araşdırmalı olduğu hadisələrlə bağlı obyektiv mütəxəssis rəyi və ortaq nəticə olmadan, 106 il əvvəlki tarixi hadisəyə ABŞ-ın dövlət başçısı səviyyəsində siyasi qiymət və siyasi çalar verildiyi halda, 29 il əvvəl azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının həmin dövlət tərəfindən hələ də tanınmaması və eyni səviyyədə dilə gətirilib qiymət verilməməsi, bir daha ikili yanaşmanın və ayrı-seçkiliyin göstəricisidir”, - deyə deputat qeyd edib.

Bildirilib ki, Prezident İlham Əliyev bu çıxışında da ermənilərin Qarabağda törətdiyi vəhşilikləri bir daha iştirakçıların və dünya ictimaiyyətinin diqqətinə çatdırdı: “İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir”. Dövlətimizin başçısı erməni vəhşiliyinin səbəb olduğu real mənzərəni diqqətə çatdırmaqla ona işarə edirdi ki, bu cür vəhşiliyi törədənlər “məzlum”, “mədəni”, “təqib olunan” və “soyqırımına məruz qalan” millət adına iddia edə bilməzlər.

Bu illər ərzində Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasətə, törətdiyi vəhşiliyə, antiinsani və müharibə cinayətlərinə baxmayaraq, Prezident İlham Əliyev postmüharibə dövrünə baxışını belə ifadə etdi: “Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir... Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır”. Prezidentin bu açıqlaması dünya ictimaiyyəti üçün növbəti dəfə o deməkdir ki,30 il ərzində hərbi təcavüzə və işğala məruz qalan Azərbaycan qisas hissi ilə yaşamır, regionda sülhün və dinc birgəyaşayışın tərəfdarıdır. Prezident dövlətimizin hədəflərini açıqlayıb bildirdi ki, hazırda ölkəmizin qarşısında dayanan əsas vəzifə Qarabağda dinc və sivil həyata təminat verən böyük quruculuq və yenidənqurma işləridir, “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarının həyata keçirilməsidir, milyona yaxın insanımızın öz doğma yurdlarına qaytarılmasıdır.

Dövlətimizin başçısının regional sülhə xidmət edəcək Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin əhəmiyyətinə də diqqət çəkdiyini, Azərbaycan ərazisindən keçən Şərq-Qərb dəhlizinin Asiyanı Avropa ilə daha sıx və daha etibarlı şəkildə birləşdirəcəyini xüsusi olaraq vurğulayan deputat deyib ki, bu planların reallaşması həm ölkəmiz, həm də region dövlətləri üçün mühüm əhəmiyyət daşıyır. Ermənistan dinc birgəyaşayış yolunu seçərsə, bu dəhlizlər iqtisadi böhrandan və siyasi izolyasiyadan çıxmaq yolunda onun üçün də yeni imkanlar yarada bilər. Çünki “Zəngəzur nəqliyyat dəhlizi” məhz Şərq-Qərb dəhlizinin tərkib hissəsidir.

Prezident İlham Əliyev çıxışında regionun gələcəyi ilə bağlı mövqeyini belə ifadə etdi: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır”. Açıq mətnlə ifadə olunan bu bəyanatdan sonra Ermənistanda kimlərsə revanş arzusu ilə yaşamağa davam edərsə, yaxud xaricdəki himayədarları onları bu cür ağılsız hərəkətlərə təşviq edərsə və Ermənistan yenidən hərbi təcavüz, müharibə yolunu seçərsə, şübhəsiz, iqtisadi əməkdaşlıq fürsətini əldən verəcək, özünü daha ağır məğlubiyyətə və məhrumiyyətlərə məhkum edəcək. Xaricdən və daxildən Ermənistanda revanşizmin xərçəng hibridində birləşənlər və ikili standart müəllifləri unutmamalıdırlar ki, Azərbaycanın dəmir yumruğu yerindədir, öz sahibindədir. Bu yumruq indi daha güclüdür. Çünki daha möhkəm birliyə, hər zaman olduğu kimi, haqqa və ədalətə, beynəlxalq hüquqa söykənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub