İkinci Piano Festivalında Qara Qarayevə həsr olunmuş film nümayiş olunacaq
Bakı, 14 iyun, AZƏRTAC
İlk dəfə Bakı Beynəlxalq Piano Festivalını təşkil edərkən müəyyən çətinliklərlə üzləşdik. Düşünürəm ki, artıq çətinliklər arxada qalıb və biz növbəti festivalı keçirməyə hazırlaşırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli İkinci Bakı Beynəlxalq Piano Festivalına həsr olunan mətbuat konfransında məlumat verib.
O bildirib ki, festival çərçivəsində "Bu həqiqətin səsidir. Qara Qarayev" filmi nümayiş ediləcək.
Mətbuat konfransında iştirak edən Xalq artisti, filmin müəllifi Oqtay Mirqasımov festivalın işinə uğurlar arzulayıb və film barədə məlumat verib. Bildirib ki, bu ekran əsəri bir sıra beynəlxalq festivallarda mükafat qazanıb. Onun sözlərinə görə, görkəmli fransalı kinoşünas Marsel Marten bu filmi çox yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:06]
Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO
- 30.09.2026 [18:03]
“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
- 30.09.2026 [17:23]