İl ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər mükafatlandırılıb
Bakı, 24 dekabr, AZƏRTAC
İl ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər dekabrın 24-də Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mükafatlandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonunun Zabrat qəsəbəsindəki Müayinə Mərkəzində keçirilən tədbirdə nümunəvi sürücü adı qazanan 37 nəfərə müxtəlif hədiyyələr təqdim olunub.
Sürücülərə mükafatları 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri təqdim ediblər.
İl ərzində mütəmadi olaraq keçirilən tədbirdə məqsəd sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda təhlükəsizliyi təmin etməkdir.