Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Bədəlbəyli: Mən kənardan qiymət verilməsi məqsədilə deyil, özüm üçün yazıram

İlham Bədəlbəyli: Mən kənardan qiymət verilməsi məqsədilə deyil, özüm üçün yazıram

Bakı, 14 noyabr, Tatyana İvanayeva, AZƏRTAC

İlham Bədəlbəyli həm Moskvada, həm də Bakıda istedadlı insan, incə və maraqlı şair, hər birinin nəşri ədəbi həyatda hadisə kimi qəbul edilən bir çox poetik almanaxların müəllifi, Azərbaycan və rus mədəniyyətlərinin mənəvi zənginliyini özündə birləşdirən ədib, iki xalq arasında mədəni əlaqələrin qorunub saxlanılmasına və möhkəmlənməsinə töhfə verən ictimai xadim kimi tanınır.

İlham Bədəlbəylinin dramatik əsərləri reallığın fəlsəfi inikasının daha yaxşı və bəşəri formada qavranılması cəhdidir. O, “Dənizdə adalar” şeirlər toplusuna görə N.Ostrovski adına Ədəbiyyat mükafatına layiq görülüb. “Bədii ədəbiyyat” və “Raduqa” nəşriyyatlarında redaktor işlədiyi vaxtda Nizami Gəncəvi, Səməd Vurğun, Mirzə İbrahimov, Mixaylo Stelmaxın seçilmiş əsərlərini, həmçinin Rəsul Rza, Nəbi Xəzri, Osman Sarıvəlli, Fikrət Qoca, Nazim Hikmətin bir və iki cildliklərini, müxtəlif antologiya və almanaxları nəşrə hazırlayıb. Moskvadakı “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçilərindən biri, Ümumrusiya Azərbaycan Konqresi Rəyasət Heyətinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin katibi, Rəsul Rza və “Humay” milli və beynəlxalq mükafatlarının laureatı olan İlham Bədəlbəyli söhbətin əvvəlində müasir Azərbaycanın həyatında baş verən ən mühüm hadisələrə toxundu.

 -Zəfər Günü bütün xalqa, həmçinin bizim hər birimizə ilham verdi. Özüm haqqında danışmaq istərdim. Bilirdim ki, Azərbaycan günlərin birində öz ərazi bütövlüyünü bərpa edəcək. Mən buna əmin idim. İnanırdım ki, Azərbaycan tez və ya gec qələbə qazanacaq. Amma! Əmin deyildim ki, özüm bu günü görəcəyəm. Allaha şükürlər olsun ki, bu günü öz gözlərimlə görə bildim. Qəhrəman Azərbaycan xalqının səyləri və bizim Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin dövlətçilik istedadı sayəsində buna nail olundu. Şuşanın azad edilməsi xəbəri gələndə, dərhal ağlıma gəldi: oraya gedirəm! Çünki bu şəhərin işğal altında olduğu bütün dövr ərzində oraya getməyi arzulamışam. Şuşa mənim yaddaşımda həmişə özünün məğrur gözəlliyi, gözəl şəbəkə naxışları, Aşağı Gövhər Ağa məscidi, Vaqifin məzarının olduğu yer kimi qalıb. Mən Heydər Əliyevin təşkil etdiyi ümumittifaq simpoziumu çərçivəsində orada olmuşdum, o vaxt bu tədbirə dəvət olunmuş moskvalı yazıçıların nümayəndə heyətinin tərkibində idim. Heydər Əlirza oğlu bütün qonaqları dörd qrupa bölməyi təklif etdi və onlar respublikanın müxtəlif rayonlarına yolandılar. Mən isə Qarabağa getməyi çox arzulayırdım və bu, mənə nəsib oldu. O vaxt Şuşanı görmək şərəfinə nail oldum və bu şəhər Heydər Əliyevin dövlətçilik dühası sayəsində inkişaf edirdi: müasir binalar, Vaqifin əzəmətli məqbərəsi, bərpa edilmiş köhnə kilsələr...

-Bu dəfə necə oldu?

-Təəssüf ki, işğaldan azad ediləndən sonra, əvvəllər sülh şəraitində ziyarət etdiyim Şuşaya getmək hələ ki, mənə qismət olmayıb. Qarabağda bir neçə dəfə olmuşam. Səfərlərimin birindən sonra oçerk yazdım və bir neçə nəşr onu yarım əsr ərzində dərc etdi. Xatırlayıram, “Azərbaycan gəncləri” qəzetinin müxbiri kimi Şuşaya ezamiyyətlərdən birində baş redaktordan tapşırıq almışdım. Aydındır ki, həmin vaxtlar ilk olaraq Xankəndinə yollanmaq lazım gəlirdi. Qəzet komsomolun mərkəzi komitəsinin orqanı idi, mən isə gənc və qarşısına məqsəd qoymuş jurnalist kimi bu yerlərdə mənfi halları üzə çıxarmaq üçün qəzetin imkanlarından istifadə edirdim. Beləliklə, DQMV-nin paytaxtına gəldikdə məni təntənəli şəkildə və həmin dövrdə hamı tərəfindən qəbul edilmiş komsomol rəhbərlərinin “reqlamenti” çərçivəsində qarşıladılar. Onlar hər vəchlə mənim diqqətimi ezamiyyətimin əsas məqsədindən - Şuşadan yayındırmağa çalışırdılar. Artıq onların mənim oraya yollanmağımla bağlı müxtəlif bəhanələrindən təngə gəldikdən sonra kifayət qədər kəskin şəkildə buna maneələr yaratmamağı tələb etdim. Sonunda, mən Şuşaya gedə bildim. Artıq bir çox illərdən sonra həmin hadisələri xatırlayarkən, onların bu cür “addımlarının” mənasını başa düşürəm: həmin vaxt ermənilər DQMV-nin ərazisində olan yeganə Azərbaycan rayonu sayılan bu ərazinin inkişafında əsla maraqlı deyildi və Şuşa faktiki olaraq qalıq prinsipi ilə maliyyələşdirilirdi. Görünür ki, artıq o dövrdən “milli mənsubiyyətə görə yerliçilik” siyasəti aparılırdı. Sanki, bütün bunların fövqündə mən Şuşa haqqında materiallar, bu şəhərin müasir vəziyyəti və gələcəyi barədə məqalələr yazdım. Qarabağın müalicəvi sularından, onun heyrətamiz balneoloji xüsusiyyətlərindən bəhs etdim...Torpaqlarımızın işğalından sonra mənim oçerkimi yenidən dərc etdikdə, əlavə olaraq qeyd etdim ki, həqiqətən də Şuşanın və Qarabağın inkişafı Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb. Yəni, imkan yaranarsa, arzumu yerinə yetirəcək, Şuşaya gedəcəyəm.

-Niyə qeyri-müəyyən danışdınız?

-Gələcəkdən danışanda, şərti gələcək şəkilçisi heç vaxt maneə təşkil etmir. Axı, “əgər” dedikdə hələ baş verməyən hadisəni nəzərdə tutursan və bunda heç bir qəbahət yoxdur. Kim bilir hadisələr necə cərəyan edəcək. Keçmişə gəldikdə isə, hər şeyi arxayınlıqla söyləmək olur.

-Axı ədəbiyyat özü də müəyyən dərəcədə gələcəyə xitab edir...

-Siz çox maraqlı və məni daim həyəcanlandıran mövzuya toxundunuz. Məsələ burasındadır ki, dünyanın şərti “fizik və liriklərə” bölünməsi müəyyən hallarda anlaşılandır. Ətrafımızda baş verənlərin insanlar tərəfindən bu cür qavranılması bir reallıqdır. “Fizikanın” irəliləməsi,-mən texnologiyanı nəzərdə tuturam, təbii elmlərin inkişafı məni hər zaman heyrətləndirib və eyni zamanda, kədərləndirib. Çünki, elmi nailiyyətlərdə ən böyük uğurlar silahların yaradılmasında müşahidə olunur. Ən qabaqcıl texnologiyalar məhz bu sahədədir. Ən güclü beyinlər bu istiqamətdə işləyir. Məgər insanların məhv edilməsi üçün ən sərfəli yolların axtarılması naminə özünü elmə həsr etməyə dəyərmi? Hərçənd, ibtidai icma dövründən, insanın ox və yayı icad etdiyi vaxtlardan, təkcə qida əldə etmək deyil, həm də özünün daha yaxşı yaşaması üçün zorakı yollarla əraziləri zəbt etməsindən bəri həmişə belə olub. Mən demirəm ki, “fiziklər” bütün fəaliyyəti boyu insanları qətl etməyə səsləyir. Amma qeyri-ixtiyari olaraq, onların üzərində işlədiyi, yaratdığı və təkmilləşdirdiyi sahələr yaradıcılıq düşüncəsindən uzaq olub. Onların tədqiqatının texnoloji tərəqqiyə kömək etməsi barədə mübahisə etmək fikrində də deyiləm. Məsələn, yaxın kosmosu fəth edirik və uzaq qalaktikalara yönəlmişik. Lakin nədənsə hər hansı bir silah növünün hazırlanması üçün tədqiqatlara daha çox üstünlük verilir.

“Liriklərlə” bağlı nə demək olar? Onlar xeyirxahlığa və sevgiyə çağırıblar, insanları bir-birinə Tanrının məsləhət gördüyü müstəvidə münasibət bəsləməyə dəvət ediblər. Uca Yaradan lap əvvəldən hamımızı bərabər yaradıb... Onun insanları milliyyətlərə və xalqlara bölmək niyyəti olmayıb. O, İnsanı yaradıb! Mən şairlərdən birinin sözlərini xatırlayıram. O yazırdı ki, şeirlər heç vaxt atılan gülləni və ya qəlpəni saxlamayacaq. Lakin atəş açmazdan əvvəl kimsə mənim şeirimdən sətirləri dinləyirsə, onda mən həmin vaxt bir qətlin qarşısını almış oluram. Bəli, Dostoyevski təsadüfən demirdi ki, gözəllik dünyanı xilas edəcək. Bu, baş tutmasa da, hər halda cəhd olundu!

-Dünyanı xilas etmək mümkündürmü?

-Əgər bunun hətta elmi nöqteyi-nəzərindən mümkün olmadığını düşünərək yaşayırıqsa... Bilirsiniz, mən televiziya proqramlarında kosmos haqqında proqramları seyr edirəm. Bu sahə mənim maraqlarım dairəsində böyük yer tutur. Ulduzların necə doğması, Kainatın necə yaranması, Böyük Partlayışın baş verməsi və daha bir çox müxtəlif mövzular məndə maraq doğurur. Ən sevdiyim telekanallardan biri “Qalaktikanın sirləri”dir. Xatırlayıram ki, bir neçə il əvvəl mənim balaca nəvəm evdəkilərdən biri ilə söhbətimin şahidi oldu. Biz Günəşin bir neçə milyard ildən sonra sönəcəyi və Yerdə həyatın sona çatacağı ilə bağlı danışırdıq. Balaca nəvəm ağlamağa başladı və ondan bunun səbəbini soruşduqda dedi ki, bu nə vaxt baş verəcək. Ona cavab verdim ki, sən bunu görməyəcəksən. Onda nəvəm dedi ki, onun Yerə yazığı gəlir. Bunun səbəbi odur ki, uşaqların düşüncəsi çox safdır.

-Onda “xeyir” nədir?

-Bu, çox mürəkkəb sualdır... Ona cavab vermək mənim üçün çətindir... Hərçənd mən, hər halda, bəzi suallara şeirlərimdə cavab verməyə çalışıram. Məsələn, “Xeyir və şər iki ot tayasıdır, Buridanın uzunqulağı isə insandır. İnsan mütləq onlardan birini seçməlidir. Beləcə, bu proses əsrlərdən-əsrlərə davam edir”. Beləliklə, insan daim axtarışdadır. O, hansı yolla getdiyini, xeyri və ya şəri seçdiyini müəyyən etməlidir. Axı onların hər ikisi bizim daxilimizdə mövcuddur. Hansına üstünlük verirsənsə, o, sənin daxilində daha çox özünü büruzə verir. Stanislav Kunyayevin şeirində deyilir ki, xeyir yumruqlarla müşayiət olunmalıdır. Amma bu fikir çox mübahisəlidir. Çünki, onda xeyir öz mahiyyətini itirir.

-Belə olan halda necə müdafiə olunmalı?

-Bu da çətin sualdır... Xeyirxahlıqla! Hər adamın seçimi var ki, İsa Peyğəmbərin “birisi sənin yanağına yumruqla vurursa, o biri yanağını çevir” sözlərinə əməl etsin. Amma pisliyə adekvat cavab vermirsənsə, onda o, daha da artır. Bu, faktdır! İndi müharibələrə cəlb olunmuş ölkələrin vəziyyəti öz-özlüyündə çox şeydən xəbər verir. Həm də anladığım kimi, pisliyə adekvat cavab verən insanlar xeyirxahlıq məfhumundan çıxış edir. Çünki şərin qarşısını alaraq, xeyrin önündəki yolu təmizləyir. Ümumiyyətlə, bütün bunlar çox maraqlıdır... Müqəddəs Avqustin adında bir ilahiyyatçı filosof və Qərb Kilsənin atalarından biri özünün “Tanrının yağdırdığı dolu” əsərində belə bir fikir irəli sürüb ki, İblisin mövcudluğu Tanrının yox olmasının əlamətidir. Başqa sözlə desək, şər özü xeyrin olmadığı yerdə üzə çıxır. Meydana çıxan boşluq xeyir tərəfindən doldurulmursa, onda şər dərhal onu zəbt edir. Bu, insanlar arasında olan münasibətlərdə də özünü göstərir...

-Qədim vaxtlardan sübut olunub ki, şübhələr və həyəcan yarandığı zaman kitablara müraciət etmək lazımdır. Burada onların rəqəmsal deyil, kağız şəklində versiyası nəzərdə tutulur...

-Bu, ümumiyyətlə fəlakətdir... Mənim şəxsi kitabxanamda çoxlu sayda kitab var və onların demək olar ki, hamısını oxumuşam. Çox gözəl filosof olan dostum “Yaradılışın mənəvi azadlığı” və “Həyatın sosial azadlığı” adlı iki kitab yazıb. O, mənim həmin kitabları oxuduğumu öyrəndikdə çox təəccübləndi və biz məhz bu kontekstdə onunla fəlsəfi söhbəti davam etdirdik. Kitablara həvəsim hələ 5 yaşında yaranıb. O vaxt böyük qardaşım məni kitabxanaya aparmışdı. Mənim üçün ayrılan “Teremok” kitabını qeydiyyata almağa hazırlaşdıqda, məlum oldu ki, artıq mən onu oxumuşam. Başqa bir kitabı mənə verməyi xahiş etdim və oradaca onu oxuyub qurtardım. Xatırlayıram ki, kitabxanaçı hər iki kitabı oxuduğumu eşitdikdə, mənə inanmadı və bundan sonra hirsimdən az qala ağlayacaqdım. İndi dərin təəssüf hissi keçirirəm ki, böyüyən nəsil mütaliəyə həvəs göstərmir. Amma belə olan halda onlar müasir qacetlərdən necə istifadə edirlər. Ən balaca nəvəm tez-tez mənə onlardan istifadə etməyi öyrədir.

-Ədəbiyyat texniki tərəqqinin təzyiqi altında keçmişə qovuşur?

-Xeyr. Bunu düşünmək səhv olardı. Ədəbiyyat heç vaxt keçmişdə qalmayacaq bir incəsənətdir. İnsanlar daim onun bir hissəsi olmağa çalışırlar. Günümüzdə də bunun əyani misalları var. İndi söz ustalarının, mən qəsdən onlara şair demirəm, sayı əvvəllər olduğundan daha çoxdur. Bir çoxlarına elə gəlir ki, əgər bir neçə sətirdə qafiyə qoşmağı bacarırsa, onda şair adına iddia edə bilər. Ətrafınıza baxın, mən hələ sosial şəbəkələri demirəm... Hər kəs yazır!

-Qrafomaniya çiçəklənir?

-Birmənalı olaraq! Bəzən insan sənə yaxın və əziz olduğunda, cavab verməkdən yayınırsan, çünki hər şeyi açıq deməklə onu təhqir edə və ya incidə bilərsən. Bəzən isə, nala-mıxa vurmaq lazım gəlir... Resenziya yazmağı xahiş etdikdə, mən bir neçə dəfə belə hallarla rastlaşmışam. Baxın, “ədəbi axtarışlar” üzrə təklifləri nəzərdən keçirməyə razı olmamışam. Bunu onunla əsaslandırmışam ki, həqiqəti yaza bilmərəm, çünki dostlarımın arasında olan insanlara - müəlliflərə düşmən kəsilmək istəmirəm. Sadəcə çalışıram ki, dürüst olum və ya susaraq təqdim edilən yazının adekvat qiymətini müəllifin özünün verməsini gözləyirəm. Axı, indi qrafomaniya çiçəklənir və özünün “şedevr” yaratdığını iddia edən məğrur ədiblərin sayı getdikcə artır. Hərçənd, xaricdə də vəziyyət bu cür kədərlidir...

-Bəlkə də bu cür hallar dünyanın reallığında baş verən aqressiv “genom” ilə terapiya formasının hər hansı bir təzahürüdür?

-Mən həmişə demişəm: “Yazmaq istəyirsən, onda qələmi əlinə al!” Mən sadəcə qafiyə düzəldənləri şair adlandırmıram. Şeir vasitəsilə hər hansı daxili həyəcanlardan, yığılıb qalan problemlərdən xilas olmaq istəyirsən? Tanrı xətrinə! Mən buna iki əllə səs verirəm. Lakin bununla bağlı öz səylərini ətrafa da yaymaq lazım deyil. Ürəyini boşaltdın və dərdlərini hamıdan uzaq tut. Başqalarını buna qarışmağa məcbur etmə... Hətta günümüzdə, incəsənət məfhumunun daha geniş anlam kəsb etdiyi şəraitdə də buna ehtiyac yoxdur. Baxın, 2400 il əvvəl yaşamış Ərəstun incəsənəti araşdırarkən belə bir nəticəyə gəlib ki, onların ən ali olanı hətta mənim də üstünlük verdiyim musiqi deyil, məhz poeziyadır. Yazmaq sənətinin məziyyəti nədən ibarətdir? Bunun cavabı çox sadədir. Zəruri sözləri lazımi qaydada düzmək lazımdır! Vəssalam! Bu formulu hər hansı bir şeir təsdiq edə bilər. Hətta yazının şeir və ya nəsr olması mühüm deyil. Bütün hallarda ədəbiyyatın meydana çıxdığı şəraitdə suallar cavabsız qalır. “Hərb və sülh” dördcildlik əsərini götürək. Bu romanın yaradılması fenomenini ehtimal nəzəriyyəsi ilə də izah etmək mümkün deyil. Şeirlər də istisna deyil. Təkcə Puşkini götürək, o, bu gün də çox böyük maraq doğurur. Sadəcə, sözləri lazımi qaydada yerləşdirmək kifayət etməz. Ən əsası odur ki, həmin sözləri möcüzəvi şəkildə tapasan və bir-birinin ardınca qoşasan. Müsahibələrimin birində demişəm: “Yaradıcılıq Tanrı ilə söhbətdir”. Məgər bu olmadan Nizaminin “Xəmsə”si, Dantenin “İlahi komediya”sı, Şekspirin əsərləri yaranardımı? Beləliklə, mən bu qənaətə gəldim ki, həmin sözlərin düzgün qaydada düzülməsi məhz Tanrı ilə söhbət zamanı meydana gəlir. Həmişə özümə sual vermişəm, mənim də belə bir söhbətim olubmu? Amma bu suala hələ də cavab tapa bilməmişəm. Yaşım çox olsa da, bu sualın cavabını verə bilmirəm və o, hələ də açıq olaraq qalır. Bəlkə də öz daxilimdə onu tapmışam. Amma bunu əminliklə söyləyə və təsdiq edə bilmərəm. Qəti qərarı oxucular verməlidir. Mənim işim isə yazmaqdır. Mən kənardan qiymət verilməsi məqsədilə deyil, özüm üçün yazıram. Məhz həmin məqamda bəhs etdiyim söhbətin yüksək sirri açılır. Kiminlə? Bəlkə Tanrı ilə... Hər şey ola bilər. Belə variant daha yaxşı olardı... Yəqin ki, mən özümün “Tanrı, İblis və İnsan” ikicildlik poemamın ilk iki fəslinə də bu fikirləri yerləşdirdim. Onu başa çatdıracağımdan əmin deyiləm. Əsər üzərində iş davam etsə də, istəyirəm ki, hətta poemam tamamlanmamış halda da işıq üzü görsün. Həyat davam edir...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir