İlin əvvəlindən Özbəkistan Azərbaycana 796 min dollarlıq xalça məmulatları ixrac edib
Bakı, 11 aprel, AZƏRTAC
2023-cü ilin əvvəlindən Özbəkistan xalça məmulatlarının ixracının sayına görə Azərbaycan ilk üçlükdədir - 796 min dollar.
AZƏRTAC xəbər verir ki, ilin əvvəlindən Özbəkistan Mərkəzi Asiyanın 9 ölkəsinə 9,3 milyon dollarlıq xalça ixrac edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1 milyon dollar çoxdur. Özbək xalça məmulatlarının ixracında ilk yeri Qırğızıstan (6,2 milyon dollar) tutur. Növbəti yerlərdə Tacikistan (935 min dollar), Azərbaycan (796 min dollar), Rusiya (676 min dollar), Əfqanıstan (299 min dollar) və Qazaxıstan (268 min dollar) qərarlaşıb.