İLİN İLK BEŞ AYINDA 144 MİN TONDAN ARTIQ İLKİN EMAL BENZİNİ İSTEHSAL OLUNMUŞDUR
Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ilin yanvar-may aylarında respublikanın neft emalı müəssisələrində proqnozdan 17936 ton artıq, yəni 144936 ton ilkin emal benzini (birbaşa qovulmuş benzin) istehsal olunmuşdur.
Məhsulun 107542 tonu (nəzərdə tutulandan 10458 ton az) “Azərkimya” Dövlət Şirkətinə verilmiş, 33466 tonu ölkədən kənara göndərilmişdir.
Yüksək oktanlı benzin almaq məqsədi ilə “Azərneftyağ” neft emalı zavodunda istehsal olunan 3808 ton ilkin emal benzini Heydər Əliyev adına neft emalı zavoduna nəql edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:11]
Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]