Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlk Qərbi azərbaycanlı Avropa çempionu

İlk Qərbi azərbaycanlı Avropa çempionu

Bakı, 7 fevral, Səxavət Quliyev, AZƏRTAC

Valideynlərim Qərbi Azərbaycanın Göyçə mahalında anadan olsalar da, mən Çarensavan şəhərində doğulmuşam. İlk dəfə idmanla məhz Çarensavanda məşğul olmağa başlamışam. Yeddi yaşım olanda hər gün dostlarımla oynamaq üçün məhləyə düşürdüm. Bir müddət oynadıqdan sonra dostlarım boks dərnəyinə gedirdilər və mən tək qalıb darıxırdım. Buna görə, mən də boks bölməsinə yazıldım. Elə o vaxt atam mənim peşəkar idmançı olub, uğur qazanacağıma inanmadığını bildirmişdi. Altı ay idmanın boks növü ilə məşğul oldum, sonra üzgüçülüyə keçdim. Ailədə qardaşım idmanın güləş növü ilə məşğul olurdu və onun nailiyyətləri var idi. Bir aya yaxın üzgüçülüklə məşğul oldum. Bir gün boks müəllimim üzgüçülük kompleksinə gəldi və söhbət edərək, güclü boksçu ola biləcəyimi dedi. Məndə boksa olan marağı yenidən oyadıb, idmanın bu növü ilə məşğul olmağı davam etdirməyimi istədi və qəbul etdim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin üzvü, ikiqat Avropa çempionu, dünya kubokunun sahibi Qərbi azərbaycanlı Rövşən Hüseynov deyib.

Rövşən Hüseynov bildirib ki, müəllimim erməni idi və bir gün məni doğma Vətənimə yarışa aparacağını söylədi. 1987-ci ildə Neftçalada boks üzrə ümumittifaq yarışı keçirilirdi. Azərbaycanda olmamışdım və böyük həvəslə buraya gəldim. Yarışda əsasən Bakı komandası ilə ünsiyyət qurdum. Onlar azərbaycanlı olduğumu bilirdilər. Mənə hədiyyələr verdilər, hətta məni Neftçalada gəzdirdilər, dondurmaya qonaq etdilər. Çox sevindirici hal idi ki, mən Neftçaladakı yarışın qalibi oldum.

“1988-ci ilin yay tətilində mən Bakıya nənəmin yanına gəldim. Valideynlərim zəng edərək orada vəziyyətin yaxşı olmadığını, ermənilərin azərbaycanlılara qarşı təcavüz etdirdiklərini söylədilər, geri qayıtmamağı tapşırdılar. Əvvəllər yay tətilində Göyçə mahalının Ardanış kəndinə gedirdik. Çarensavan sənayə şəhəri olduğu üçün orada 6-7 azərbaycanlı ailəsi yaşayırdı”, - deyə R.Hüseynov əlavə edib.

Uşaq olsa da, ermənilərin azərbaycanlılara qarşı kin və nifrətini həmişə xatırladığını bildirən R.Hüseynov deyib: “Gecələr ermənilər azərbaycanlıların yaşadıqları evlərə hücum edirdilər, hamı qorxu içində yaşayırdı. Ailədə 4 uşaq idik və valideynlərim bizə görə çox narahat idi. Ermənilər bizə azərbaycanlı yox, türk deyirdilər. Daxilən bizə nifrət edirdilər. Rahatlığı ancaq Göyçəyə gedəndə tapırdıq. Çünki orada hamı qohum idi. Oranın təbiəti çox gözəl və ecazkardır. Erməni millətçiləri həmişə azərbaycanlılara qarşı təxribatlar törədiblər”.

Azərbaycana deportasiyadan əvvəl atasının zavodda, anasının isə bağçada işlədiyini vurğulayan R.Hüseynov qeyd edib ki, Bakıda adaptasiya olunmaq, işsizlik problemi və yaşadığımız stres özünü göstərməyə başladı. Özümdə güc topladım və bir müddət keçəndən sonra “Dinamo” idman cəmiyyətində boks bölməsinə yazıldım. Həmin vaxtlarda Bakıda erməni və rus məşqçilər çoxluq təşkil edirdilər. Yerli məşqçilər az idi. Rauf Cabbarovun bölməsinə düşməyim yeni uğurlarımın başlanğıcı oldu. Onun bölməsində məşq etməyimin əsas səbəbkarı isə Neftçaladakı yarışda tanış olduğum bakılı dostlarım idi. R.Cabbarov çox peşəkar məşqçi olmaqla yanaşı, uzun müddət milli komandaya baş məşqçilik etmişdi. Ölkə daxilində bir neçə yarışda gücümü sinadım və mükafatçılar sırasında yer aldım. İldə iki-üç dəfə Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışında iştirak edirdim. Oradakı hazırlıq prosesində çox püxtələşdim və SSRİ birinciliyinin qalibi oldum. 1990-1992-ci illərdə ardıcıl SSRİ çempionu oldum. O dövrdə Azərbaycan boks tarixində hələ ki, nə Avropa, nə də dünya çempionu tituluna heç kim yiyələnməmişdi. ABF-nin ovaxtkı prezidenti Ağacan Abıyev məni beynəlxalq turnirlərə göndərməyə başladı. Yeniyetmə yaşımda gənclər, gənc yaşımda böyüklər kateqoriyasından olan boksçularla mübarizə aparırdım. 16-17 yaşımda böyüklər kateqoriyasında çıxış edən Avropa, dünya çempionu və Olimpiya mükafatçılarını məğlub edirdim.

“1993-cü ildə Türkiyə Boks Federasiyası müqavilə ilə məni heyətinə qatmaq istəyirdi. Türk məşqçilər heyəti mənim döyüşlərimi bəyənmişdi. Türkiyəni təmsil etmək təklif olunmuşdu. Söz verdim ki, gəlirəm. Sevincək bu xəbəri atama çatdıranda eşitdiklərim və içimdə olan inam həyatımda yeni səhifə açdı. Atam mənə dedi: “Oğlum, görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəlib. Hər şey yaxşı olacaq. Getmə”. Həqiqətən də ölkəmizdə uğurlu idman siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyuldu. Bunun nəticəsidir ki, hazırda idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar. 1993-cü ildə Avropa çempionatına Bursa ev sahibliyi edirdi. Həmin çempionata çox çətinliklə də olsa yollandıq. Gözümü yumub açdım və artıq Avropa çempionu adını qazanmışdım. Hamı kimi, mən də inanmırdım. Həmin vaxt 51 kiloqram çəki dərəcəsində çıxış edirdim. Mən Azərbaycan boks tarixində ilk Avropa çempionu olmaqla yanaşı, 1988-ci il hadisələrindən sonra bu ada yiyələnən birinci Qərbi azərbaycanlı idim”, - deyə R.Hüseynov əlavə edib.

O, dövlətimizin başçısı İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı səsləndirdirdiyi fikirlərin hər birimiz üçün böyük əhəmiyyət daşıdığını bildirərək deyib ki, səmimi görüşdə çox gözəl fikirlər səsləndirildi. Anam və digər qohumlarım səbirsizliklə oraya dönəcəkləri günü gözləyirlər. 44 günlük müharibədə qazandığımız Zəfərdən sonra Prezident İlham Əliyev son 200 ildə düşməndən torpaqlarını azad edən şəxsiyyət kimi tarixə düşdü. Biz inanırıq ki, məhz dövlətimizin başçısının rəhbərliyi ilə biz dədə-baba torpaqlarımıza geri dönəcəyik. Göyçəyə gedəcəyim halda əvvəlcə baba-nənəmin evini, sonra isə məzarlarını ziyarət edəcəyəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar