İMAM XOMEYNİNİN MƏQBƏRƏSİNİ ZİYARƏT
Tehran, 10 mart (AZƏRTAC). Xüsusi müxbirlərimiz xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da İran inqilabının rəhbəri imam Xomeyninin məqbərəsini ziyarət etmişdir.
Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndi.
Azərbaycan Prezidenti İran inqilabı rəhbərinin məqbərəsinə əklil qoydu.
Prezident İlham Əliyevə məqbərə kompleksinin inşası ilə bağlı məlumat verildi.
Dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri davam edir.
######
![]() |
![]() |
![]() |


