Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

İmişli, 6 may (AZƏRTAC). Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev İmişli Olimpiya İdman kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

İctimaiyyətin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

- Əziz dostlar, mən Sizin hamınızı ürəkdən salamlayıram. İmişli Olimpiya kompleksinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu gözəl idman qurğusu İmişli idmançılarına gözəl xidmət göstərəcəkdir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var və deyə bilərəm ki, ölkəmizdə istifadəyə verilmiş olimpiya komplekslərinin arasında bu, ən gözəl komplekslərdən biridir. Böyük idman zalları, açıq meydançalar, qapalı idman zalları, üzgüçülük hovuzu, kiçik mehmanxana. Eyni zamanda, kompleksin çox gözəl xarici görünüşü də vardır. Mən çox şadam ki, İmişlidə də gözəl olimpiya idman kompleksi tikilmişdir. Bu, Azərbaycanda son illər ərzində tikilmiş komplekslərin arasında yenə də demək istəyirəm ki, öz gözəlliyi və funksional tərəfi ilə seçilən komplekslərdəndir. Sayca 31-cidir. Azərbaycanda qısa müddət ərzində 31 Olimpiya İdman Kompleksi tikilmişdir və bu proses davam edir. Hazırda 9 rayonda yeni komplekslər tikilir.

Beləliklə, Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün çox böyük addımlar atılır. İdmançılarımız da öz növbəsində bizi qələbələrlə sevindirirlər. Beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər. Eyni zamanda, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Bu beynəlxalq yarışlar nəinki Bakıda, eyni zamanda, bölgələrdə də keçirilir.

Əgər vaxtilə bizim tərəfimizdən irəli sürülmüş təşəbbüs reallaşmasaydı, belə tədbirlərin keçirilməsi üçün şərait olmayacaqdı. Bu gün həm yerli idmançıların məşq prosesinin təşkili, həm də ölkədaxili və beynəlxalq yarışların keçirilməsi üçün bütün şərait vardır. Qarşıya məqsəd qoyulub ki, Azərbaycanın hər bir rayonunda idmanla məşğul olmaq üçün gözəl, müasir şərait yaradılsın.

İdmançılarımız bizi sevindirirlər. Bizim Olimpiya, dünya və Avropa çempionlarımız vardır. Ancaq bununla bərabər, idmanın kütləviliyini təmin etmək üçün biz öz siyasətimizi aparırıq. Bax, belə komplekslərdə uşaqlar, gənclər, yeniyetmələr məşq edəcəklər, öz peşəkarlığını artıracaqlar, fiziki cəhətdən sağlam olacaqlar.

Bizə həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlam yeni nəsil lazımdır. Mən çox şadam ki idman bölmələrinə axın güclənir, uşaqlar, gənclər, yeniyetmələr idmanla məşğul olmaq üçün bölmələrə gəlirlər, məşğul olurlar, fiziki sağlamlıqlarını möhkəmləndirirlər. Eyni zamanda, uşaqların, yeniyetmələrin, gənclərin idmana cəlb olunmasını biz beynəlxalq yarışlarda əldə edilmiş uğurlarda da görürük. Xüsusilə yeniyetmələrin birinci Olimpiya Oyunlarında Azərbaycan gənclərinin əldə etdikləri uğurlar bizi hədsiz dərəcədə sevindirir. İlk dəfədir ki, beynəlxalq miqyasda yeniyetmələrin Olimpiya Oyunları keçirilmişdir. Azərbaycan milli komandası bu yarışlarda dünya miqyasında 11-ci yerə layiq görülmüşdür. Bu, böyük qələbədir. Bu, həm də onu göstərir ki, Azərbaycan sözün əsl mənasında idman dövlətidir. Onu da göstərir ki, burada idman prosesi çox düzgün təşkil edilib, gənclər, yeniyetmələr, uşaqlar idmanla məşğul olurlar və ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər.

Biz elə etməliyik ki, Azərbaycan gəncləri fiziki cəhətdən sağlam, mənəvi cəhətdən möhkəm, dövlətə, dövlətçiliyə sadiq olsunlar, vətənpərvərlik ruhunda tərbiyə alsınlar. Bildiyiniz kimi, Azərbaycanda çox güclü gənclər siyasəti aparılır. Bu yaxınlarda Azərbaycan gəncliyi Dövlət Proqramı qəbul ediləcəkdir. Bu proqramda gənclərlə bağlı bütün məsələlər öz əksini tapacaqdır. Gənclərin məşğulluğu, sağlam yaşaması, iş yerlərinin açılması, idmanla məşğul olması üçün orada xüsusi məsələlər öz həllini tapacaqdır. Gənc alimlərin fəaliyyəti üçün əlavə tədbirlər görüləcəkdir. Gənclər Fondu yaradılacaqdır. Bakıda və rayonlarda gənclər mərkəzləri tikiləcəkdir. Bütün bunlar proqramlarımızda var və biz elə etməliyik ki, Azərbaycanda idmanın inkişafı bundan sonra da sürətlə getsin. Eyni zamanda, gənclər siyasəti də Azərbaycanda yüksək səviyyədə aparılır və aparılmalıdır.

Mən çox şadam ki, Azərbaycan bu gün özünü beynəlxalq idman aləmində idman dövləti kimi göstərə bilmişdir. Görəndə ki, idmançılarımız çempion olurlar, bayrağımız qaldırılır, dövlət himnimiz səslənir, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir. Bu, ölkəmizin qüdrətini göstərir.

Ölkəmiz müstəqil ölkə kimi gəncdir. Amma ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra olunur və layihələr reallaşır. O cümlədən, bölgələrin inkişafı ilə bağlı Dövlət Proqramının ikinci hissəsi icra edilir. Bu proqram bütün bölgələri əhatə edir. Hər bir rayon üzrə xüsusi tədbirlər planı var və bu planlar icra edilir. O cümlədən, İmişli rayonunun sosial-iqtisadi inkişafı proqramı icra edilir. Burada bütün istiqamətlər üzrə işlər gedir, sosial infrastruktur yaradılır. Gözəl olimpiya mərkəzi, məktəblər tikilir və təmir edilir. Rayon xəstəxanasının əsaslı təmiri başlanmışdır. Xəstəxana ən müasir avadanlıqla təchiz ediləcəkdir. Böyük qazlaşdırma proqramı reallaşacaqdır. Gələn ilin sonuna qədər İmişlinin bütün kəndləri qazlaşdırılmalıdır. Qarşıya belə vəzifə qoyulub. Əminəm ki, bu vəzifə icra ediləcəkdir. Meliorasiya, içməli su, kanalizasiya xətlərinin çəkilişi ilə bağlı müvafiq göstərişlər verilmişdir və onlar yaxın zamanlarda icra edilməyə başlanacaqdır.

Digər sosialyönümlü təşəbbüslər irəli sürülür. İş yerlərinin açılması ilə bağlı konkret və çox dəqiq proqram icra edilir. Bu gün mən İmişli rayonunda bir neçə yeni müəssisənin açılışında iştirak etmişəm. Mən yeni müəssisənin təməl daşının qoyulmasında iştirak etmişəm. Bir neçə il əvvəl burada böyük şəkər zavodunun tikintisi demək olar ki, Azərbaycanın qeyri-neft sektoruna qoyulan ən böyük sərmayələrindən biri idi. Böyük vəsait qoyulmuşdur və ən müasir tələblərə cavab verən zavod yaradılmışdır. İndi o zavodun ətrafında yeni zavodlar tikilir. İmişlidə yeni müasir emal sənayesi ilə bağlı təşəbbüslər irəli sürülür və həll olunur.

Bu zavodlarda minlərlə yeni iş yerləri açılmışdır. Gələcəkdə görüləcək tədbirlər nəticəsində bu zavodlar böyüyəcək, onların iş funksiyaları artacaq və beləliklə, yerli istehsalın artırılmasına nail olacağıq, idxaldan asılılığımızı azaldacağıq, yeni iş yerləri də açacağıq. Yəni, Azərbaycanda bu proses aparılır və son 7 il ərzində ölkədə 900 mindən artıq yeni yeri açılmışdır ki, onların tam əksəriyyəti daimi iş yerləridir. Ancaq biz yenə də işsizliklə bağlı olan bütün problemləri bilirik, onları həll edirik və edəcəyik.

Yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, sənaye potensialımızın möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, regional inkişaf proqramının icrası - bütün bunlar bizim üçün əsas istiqamətlərdir və hər bir istiqamət üzrə konkret nəticələr vardır. Bu gün bu gözəl, möhtəşəm Olimpiya idman mərkəzinin açılışı özlüyündə Azərbaycanın güclü dövlət olduğunu göstərir. Biz iqtisadiyyatı inkişaf etdirməklə sosial proqramların həllinə də nail olmuşuq. Sosial problemlərin həlli və imkansız təbəqənin yaşayış səviyyəsinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, əhalinin qaza, suya olan borcları silindi. Nə üçün? Ona görə ki, kimin ki, imkanı yoxdur, o borc yükünü onların çiyinlərindən götürək. Digər sosial proqramlar - ünvanlı sosial yardım icra edilir. İndi pensiyaların, minimum əməkhaqqının artırılması ilə bağlı konkret təkliflər verilmişdir. Biz yaxın zamanlarda bu təşəbbüslərin nəticələrini də görəcəyik.

Bir sözlə, Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Bu gün ölkəmiz öz resursları hesabına yaşayır və inkişaf edir. Bizdə olan inkişafın dünya miqyasında heç bir analoqu olmayıb. Çünki 7 il ərzində iqtisadiyyatımız 3 dəfə artıbdır, dünya təcrübəsində belə göstərici olmayıbdır. Yəni, inkişafımız dinamikdir, dayanıqlıdır və hərtərəflidir. Bununla bərabər, ölkədə hələ ki, problemlər vardır və bu problemlər öz həllini tapmaqdadır. Biz bütün istiqamətlər üzrə siyasətimizi davam etdirəcəyik. Ölkəmizin, regionların inkişafı üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Elə etməliyik ki, Azərbaycanda yaşayan hər bir vətəndaş həm işlə təmin olunsun, həm də onun məvacibi tələblərinə uyğun olsun. Bizneslə məşğul olanlar üçün gözəl şərait yaradılır. Əgər belə olmasaydı, bu gün özəl sektor inkişaf etməzdi. Özəl sektorun inkişafı üçün konkret tədbirlər görülür. Bu gün mən aqroservis bazasının fəaliyyəti ilə tanış oldum. Bir neçə il bundan əvvəl “Aqrolizinq” dövlət şirkətinin yaradılması ilə biz demək olar ki, kənd təsərrüfatı texnikası ilə təminatı böyük dərəcədə yaxşılaşdıra bilmişik. İndi qıtlıq yoxdur. Yəni, biz hər bir sahə üzrə fəal işləməliyik, məqsədyönlü siyasət aparmalıyıq. Bütün cəmiyyət bu amal ətrafında birləşməlidir ki, müstəqilliyimizi daha da gücləndirək, iqtisadiyyatımızı möhkəmləndirək, insanların yaxşı yaşamasını təmin edək. Bizim siyasətimiz bundan ibarətdir. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Bu gün isə açılan bu gözəl idman mərkəzi əminəm ki, imişlililərə yaxşı xidmət göstərəcəkdir. Mən hesab edirəm ki, bu kompleksdən nəinki idmançılar, eyni zamanda, rayon sakinləri də istifadə etməlidirlər. İdmanla məşğul olmaq üçün bütün şərait vardır. Mən hər bir vətəndaşa həmişə tövsiyə edirəm ki, idmanla məşğul olsunlar, öz sağlamlıqlarına diqqət göstərsinlər. Fiziki sağlamlıq hər bir insan üçün çox vacibdir.

Mən sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, bütün imişlililərə cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

Sərbəst güləş üzrə 2008-ci il Avropa çempionatı, 2010-2011-ci illər dünya kubokunun bürünc mükafatçısı və Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Emin ƏZİZOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

İcazə verin, Sizi bütün imişlililər, gənclər və idmançılar adından salamlayım və “Xoş gəlmisiniz” deyim.

Mən İmişlidə anadan olmuşam. Burada böyüyüb boya-başa çatmışam. İdmanın sirlərini də burada müəllimlərimdən öyrənmişəm. İndi sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvüyəm. 2008-ci ildə Avropa çempionatının bürünc mükafatçısı, Pekin Olimpiadasının iştirakçısı olmuşam. 2010-cu və 2011-ci illərdə sərbəst güləş üzrə dünya kubokunun bürünc medalını Azərbaycana gətirmişik. Bu qələbələri bəlkə kimsə idmanda bəxtin gətirməsi kimi qiymətləndirə bilər. Əslində isə bu belə deyildir.

Cənab Prezident, bu, Sizin Azərbaycanda biz gənclərə, idmançılara göstərdiyiniz qayğının, yaratdığınız şəraitin nəticəsidir. Siz ölkəmizin hər yerində möhtəşəm idman kompleksləri yaratmısınız.

Azərbaycan ən mötəbər turnirlərin keçirildiyi bir ölkəyə çevrilmiş, idmançılarımızın əldə etdiyi qələbələr isə göz qabağındadır.

Biz dəfələrlə beynəlxalq yarışlarda Azərbaycan bayrağını ən yüksək zirvələrə qaldıranda Sizin necə sevindiyinizin şahidi olmuşuq, necə qürur hissi keçirdiyinizi görmüşük. İnanırıq ki, bu idman kompleksi İmişli sakinlərinin - biz gənclərin ən sevimli yerinə çevriləcəkdir. Burada gələcəyin Avropa, dünya və Olimpiya çempionları yetişəcəkdir. Biz də Sizi yeni idman zəfərləri ilə sevindirəcəyik.

Cənab Prezident, bu yaxınlarda bir qrup gənc və tələbələrlə görüşünüzdə bildirdiniz ki, biz insanların sağlamlığını yaddan çıxarmamalı, peşəkar idmançılar hazırlamalıyıq. Biz də Sizi əmin edirik ki, yaratdığınız bu cür şəraitdən istifadə edərək ölkənin idman şöhrətini dünyada ən birincilər sırasına çıxaracağıq.

Cənab Prezident, biz Azərbaycan gəncləri ulu öndərimiz Heydər Əliyevin adını çox böyük minnətdarlıq hissi ilə çəkirik. Ulu öndər Azərbaycanın gələcəyini təmin etdi. O, bizlərə güvənərək “Gənclər bizim gələcəyimizdir” deyirdi. Biz gənclər onun adını hər zaman uca tutacağıq. Ulu öndərin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Sonda Sizi bir daha əmin etmək istəyirəm ki, biz gənclər Azərbaycanın dünyanın ən inkişaf etmiş idman ölkələrindən birinə çevrilməsi üçün var gücümüzlə çalışacaq, Azərbaycan bayrağını daim yüksək zirvələrə qaldıracağıq.

Çox sağ olun.

X X X

Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK VİDEO

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb  YENİLƏNİB  VİDEO

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB VİDEO

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub VİDEO

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti