İmişli sakinini elektrik cərəyanı vurub
İmişli, 20 aprel, AZƏRTAC
İmişli rayonunda bir nəfəri elektrik cərəyanı vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Cavadov Mehman Novruz oğlu yüksəkgərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub
- 02.10.2026 [12:18]
Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub
- 02.10.2026 [12:05]
Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO
- 01.10.2026 [19:22]