CƏMİYYƏT
İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb
Bakı,15 aprel, AZƏRTAC
Aprelin 14-də saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfər İmişli şəhərinin T.İsmayılov küçəsi ərazisindəki tikilinin üzərindən keçən hava elektrik xəttinə toxunduğuna görə elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [18:40]
Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb
- 30.04.2024 [17:58]