İMMİQRASİYA İSLAHATI ABŞ-A 126 MİLYARD DOLLARA BAŞA GƏLƏCƏK
Təhlilçilərin hesablamalarına görə, təxminən 50 milyard dollar yeni qaydalara əsasən leqallaşdırılmış immiqrantlara, təqribən 4 milyard dollar Meksika ilə sərhədlərin möhkəmləndirilməsinə gedəcək, immiqrasiya və sərhəd xidmətləri əməkdaşları ştatının 30 min vahiddən çox artırılması, yüksək ixtisaslı kadrların cəlb olunması proqramı da xeyli vəsait tələb edəcəkdir.
Xatırladaq ki, qanun layihəsini Senat mayda təsdiqləmiş, lakin Nümayəndələr palatasının respublikaçı üzvləri onun qəbul olunmasının əleyhinə səs verərək, öz variantını təklif etmişlər. Bu variant senatorların variantı ilə yalnız ABŞ-ın cənub sərhədində müdafiə qurğuları tikilməsi məsələsində uyğun gəlir.