İmtahan nəticələrindən narazı qalan müəllimlər apellyasiyaya müraciət edə bilirlər
Bakı, 24 iyun, AZƏRTAC
Sertifikatlaşdırmadan keçən müəllimlərin nəticələri onlayn olaraq onların şəxsi səhifələrinə göndərilir. Qanunvericiliyə müvafiq olaraq imtahan nəticələrindən narazı qalan müəllimlərin bir ay müddətində apellyasiyaya müraciət etmək imkanları var.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib. Onun sözlərinə görə, müəllimlər elektron qaydada onları narahat edən məqamlarla bağlı apellyasiyaya müraciət edə bilərlər: "Sertifikatlaşma prosesində ilk dəfə uğur qazanmayan müəllimlər üçün təlimlər təşkil olunur. Həmin müəllimlər iş yeri saxlanmaqla bir il müddətində fəaliyyətlərinə davam edirlər. Onlar növbəti il təkrar sertifikatlaşmaya cəlb olunacaqlar".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]