“İmza“ ritm-kompozisiyası təqdim olunub
Bakı, 14 iyul, AZƏRTAC
Ritm ifaçısı Ramil Cahangirov müəllifi olduğu yeni “İmza” adlı ritm-kompozisiyasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, Ramil Cahangirovun bu ritm-kompozisiyası öz qeyri adiliyi ilə tamaşaçı marağına səbəb olub.
Kompozisiyanın rejissoru Namiq Zeynalovdur.
Beynəlxalq ritm festivallarının iştirakçısı olan Ramil Cahangirov öz ifası ilə Azərbaycanı dünyanın müxtəlif ölkələrində layiqincə təmsil edib. Həmçinin o, solisti olduğu “Amarok” qrupu ilə Bakıda keçirilən birinci Avropa oyunlarında, İslam Həmrəyliyi oyunlarında”, Formula 1 yarışında və digər beynəlxalq yarışlarda fərqli kompozisiyalarla çıxış edib, rəngarəng ifaları ilə həmin mərasimlərə rəng qatıb.