İndoneziyada 6,3 bal gücündə zəlzələ olub
Bakı, 27 oktyabr, AZƏRTAC
Bu gün səhərə yaxın İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, ölkənin meteorologiya, iqlim və geofizika agentliyinin məlumatına görə, sunami təhlükəsi gözlənilmir.
Yeraltı təkanlar yerli vaxtla saat 04:28 radələrində qeydə alınıb. Zəlzələnin episentri Şimali Mərkəzi Timordan 82 kilometr şimal-qərbdə yerləşib.
Bildirilir ki, hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur. Müvafiq orqanlar potensial riskləri izləməyə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]