İndoneziyada baş verən zəlzələ nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb
Tokio, 11 aprel, AZƏRTAC
Aprelin 10-da İndoneziyanın Yava adası yaxınlığında baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə çatıb.
AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, daha 23 nəfər xəsarət alıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar şənbə günü yerli vaxtla saat 14:00-da qeydə alınıb. Zəlzələnin episentri Yava adası sahillərində, Malanq şəhərindən 45 kilometr cənub-qərbdə, ocağı isə 82 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilməyib.
İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına əsasən, Yava adasında yerləşən 300-dən çox tikiliyə ziyan dəyib. Eyni zamanda, adada yerləşən bir neçə kəndin əhalisi təxliyə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio