İndoneziyada helikopter qəzasında 3 nəfər ölüb
Pekin, 21 fevral, AZƏRTAC
İndoneziyanın şərqindəki Şimali Maluku vilayətində baş verən helikopter qəzasında 3 nəfər ölüb.
AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, “PT Weda Bay Nickel” şirkətinə məxsus “Bell 429 PK-WSW” helikopterinin qalıqları fevralın 21-də Halmera Tenqah rayonundakı meşədə aşkarlanıb. Bu barədə açıqlama verən vilayətin axtarış və xilasetmə ofisinin rəhbəri Fatur Rəhman bildirib ki, helikopterdəki hər 2 ekipaj üzvünün və bir sərnişinin meyiti tapılıb. Axtarış işlərinə 300 nəfər şəxsi heyət, o cümlədən xilasedicilər, polislər, hərbi qulluqçular cəlb olunubmuş.
Bildirilir ki, helikopterin pilotları ilə əlaqə fevralın 20-də yerli vaxtla saat 13:16-da kəsilib. Həmin vaxt helikopter meşənin üzərindən uçurmuş. Hələlik qəzanın səbəbləri bilinmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]