İndoneziyada koronavirusa yoluxanların sayı artmaqda davam edir
Tokio, 18 iyun, AZƏRTAC
İndoneziyada koronavirusa yoluxanların sayı artaraq ümumilikdə 42762 nəfər təşkil edib.
AZƏRTAC İndoneziya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutka ərzində ölkədə COVID-19 virusuna yeni yoluxan 1331 nəfər aşkar olunub. Eyni zamanda, hesabat dövründə 63 nəfərin həyatını itirdiyi də bildirilir.
Əlavə olaraq qeyd edək ki, pandemiyanın başladığı dövrdən indiyədək İndoneziyada həmin virusa yoluxmuş 17900-dən çox xəstə sağalıb. Bununla yanaşı, bu ölkədə koronavirusdan ümumilikdə 2339 nəfərin öldüyü də qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]