İndoneziyada neft emalı zavodunda baş verən partlayış nəticəsində xəsarət alanlar var
Tokio, 29 mart, AZƏRTAC
Martın 29-da səhər saatlarında İndoneziyanın Balonqan şəhərində “Pertamina” korporasiyasına məxsus neft emalı zavodunda partlayış baş verib. Hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ANTARA agentliyi xilasetmə xidmətinə istinadla məlumat yayıb.
Bildirilib ki, partlayışdan sonra baş vermiş yanğında 5 nəfər ağır yanıq xəsarəti alıb, digər 15 nəfərin isə yaraları yüngüldür.
Partlayışdan sonra ərazidən 950 nəfərin təxliyə olunduğu qeyd edilir. Zavodun rəhbərliyi yanğının yayılmasının qarşısının almaq üçün əlavə tədbirlər görür. Partlayışın baş verməsi səbəbləri hazırda araşdırılır.
Bəzi kütləvi-informasiya vasitələrində yer alan xəbərlərdə partlayışın ildırım nəticəsində baş verdiyi ehtimal olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]