İndoneziyada Sinabunq vulkanı 2000 metr hündürlüyə vulkan külü püskürüb
Tokio, 4 aprel, AZƏRTAC
Aprelin 4-də İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Sinabunq dağındakı vulkan 2000 metr hündürlüyə kül püskürüb.
AZƏRTAC ANTARA agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat verən Sinabunq monitorinq məntəqəsinin rəhbəri Armen Putra kül buludunun şərq və cənub-şərq istiqamətində yayıldığını bildirib.
“Bu gün püskürmə seysmoqram tərəfindən maksimal amplituda da - 5 dəqiqə 31 saniyə müddətində 73 millimetr gücündə qeydə alınıb”, - deyə o, bildirib.
Hazırda 2460 metr hündürlükdə olan Sianbunq dağında III dərəcə həyəcan təhlükəsi elan edilib.
Vulkanın püskürməsi ilə əlaqədar yerli fermerlərdən 3 kilometr radiusda kənd təsərrüfatı işlərini dayandırmaları xahiş edilib.
Həmçinin, kül yağışı olacağı təqdirdə sakinlərə evdən çıxarkən tibbi maskalardan istifadə etmələri tövsiyə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]