İngiltərə Premyer Liqası: “Çelsi” öz meydançasında xal itirdi
Bakı, 13 yanvar, AZƏRTAC
İngiltərə Premyer Liqasının 23-cü turunda “Lester City” klubunu qəbul edən “Çelsi” rəqibin müqavimətini qıra bilməyib.
AZƏRTAC xəbər verir ki, öz meydançasında keçirdiyi son 7 oyunu qələbə ilə başa vuran “zadəganlar” mövqe üstünlüyünə malik olsalar da, qonaqların qapısına yol tapa bilməyiblər. Premyer Liqanın son iki çempionunun qarşılaşması 0:0 hesabı ilə başa çatıb.
Qonaq komandanın oyunçusu Ben Chilvell 68-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. “Lester City” 22 dəqiqə azlıqda oynasa da, qapısını toxunulmaz saxlaya bilib.
Xatırladaq ki, hazırda “Mançester City” 22 oyundan 62 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Mançester Yunayted” və “Çelsi” 47 xalla ikinci-üçüncü yerləri bölüşürlər. “Çelsi” öz rəqiblərinə nisbətən bir oyun çox keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]