Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnnovasiyalar Agentliyi Macarıstanın texnoloji şirkət və qurumları ilə dördtərəfli memorandum imzalayıb

Bakı, 8 dekabr, AZƏRTAC 

COVID-19 virusunun yaratdığı epidemioloji vəziyyətlə bağlı klinik protokolların tələblərinə uyğun baş tutan görüşdə İnnovasiyalar Agentliyi, “Turan Trade” MMC, “Startup Campus” LTD və HEPA Macarıstan İxrac Agentliyi - səhmləri məhdudlaşdırılmış qeyri-kommersiya şirkəti arasında dördtərəfli “Sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq” üzrə memorandum imzalanıb.

İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, dekabrın 8-də keçirilən virtual tədbirin moderatoru Amil Vəliyev qurumları təqdim edərək memorandumu imzalayan tərəflərin malik olduğu təcrübə və infrastruktur sayəsində "Avropanı kəşf et" onlayn proqramının icra edilməsinin planlaşdırıldığı barədə məlumat verib. A.Vəliyev "Avropanı kəşf et" proqramının Avropa bazarına yeni xarici startapların və təcrübənin cəlb edilməsi ilə yanaşı, Avropa startaplarının digər bazarlara çıxışının təmin edilməsi üçün nəzərdə tutulan proqram olduğunu vurğulayıb. O, proqram çərçivəsində qurumların öz sahələrindəki təcrübələri, texniki, maddi resursları ilə öz yerli startaplarının Avropa bazarına çıxışını təmin edəcək və bu istiqamətdə onlara dəstək göstərəcəklərini bildirib.

İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli "Avropanı kəşf et" proqramı ilə Azərbaycan startaplarının Avropa bazarına inteqrasiyası, maliyyə dəstəyinin əldə edilməsi, hüquqi həllərinin təmini, yeni tərəfdaşların əldə olunması ilə onların birbaşa Avropa lokal bazarına çıxışlarının təmin olunacağını bildirib. T.Kərimli, həmçinin Azərbaycanın regionda maliyyə axınlarının artırılması və fintex sahəsindən olan digər startapların inkişafına dəstəyini təmin edəcəyini də qeyd edib.

Proqramı uğurla tamamladıqdan sonra İnnovasiyalar Agentliyi bu təcrübəni digər qurumlarla bölüşməyi planlaşdırır.

Yerli biznes ehtiyaclarını qiymətləndirdikdən sonra, memorandumu imzalayan tərəfdaşlar enerji və ağıllı şəhərlərə əsaslanan innovasiyalara fokuslanaraq “Azərbaycanı kəşf et” və “Avropanı kəşf et” ikitərəfli akselerasiya proqramlarını həyata keçirmək barədə razılığa gəliblər. İştirak edən startap və KOS-lar (kiçik və orta sahibkarlar) bölgənin innovasiya ekosistemi ilə tanış olacaq və hədəf bazarları, potensial korporativ tərəfdaşlar və yerli investisiya imkanları barədə faydalı məsləhətlər alacaqlar. Proqramın idarəsi və uğurla həyata keçirilməsi “Startup Campus” LTD tərəfindən təşkil olunacaq. “Startup Campus" LTD şirkəti 2020-ci ildə yeni rəqəmsal şəbəkə imkanlarından istifadə edərək şərqdə gələcək əməkdaşlığın qurulmasına imkan yaradır.

“Cənub-Şərqi Asiya ilə yanaşı, türk regionuna, xüsusən də Türkiyəyə və Azərbaycana xüsusi əhəmiyyət veririk. Real biznes dəyəri yaratmaq üçün son 3 ildə azərbaycanlı tərəfdaşlarımızla beynəlxalq proqramlar yaradaraq əhəmiyyətli təcrübə qazandıq”, - deyə “Startup Campus” LTD şirkətinin rəhbəri Zsolt Kovacs bildirib.

Z.Kovacs, həmçinin əməkdaşlıq proqramı çərçivəsində “Startup Campus” LTD-nin öz təcrübəsindən, şəbəkəsindən və yardımçı ola biləcək müvafiq resurslarından istifadə edərək İnnovasiyalar Agentliyi tərəfindən seçilmiş 8-12 startap və kiçik müəssisəni xarici innovasiya ekosistemləri ilə tanış edən onlayn proqramlarla təmin edəcəyini vurğulayıb. Seçilmiş startaplar, həmçinin Almaniya, Birləşmiş Krallıq və Macarıstanın aparıcı texnoloji qurumlarının dolğun və hərtərəfli dəstəyi nəticəsində Avropa bazarına çıxış və lazım olan bütün digər resurslarla təmin olunacaq.

“Turan Trade” MMC-nin baş direktoru İbrahim İsmayılov bildirib ki, şəbəkə resurslarını bölgədə işgüzar imkanları artırmaq niyyətində olan müəssisələri bir araya gətirməyi hədəfləyirlər.

HEPA Macarıstan İxrac Agentliyinin baş direktoru Kristof Szabo deyib ki, agentlik Macarıstan müəssisələrinin sonrakı ixrac uğurlarını dəstəkləmək və ölkənin beynəlxalq imicini yaxşılaşdırmaq üçün yüksəkkeyfiyyətli xidmətlər göstərməyə çalışaraq iqtisadiyyat sahəsində fəaliyyət göstərən digər dövlət qurumları ilə də sıx əməkdaşlıq şəraitində işləyir.

Qurum rəhbərlərinin çıxışlarından sonra dördtərəfli virtual imzalanma mərasimi baş tutub və onlayn olaraq xatirə şəkilləri çəkdirilib. Ümumilikdə Azərbaycanda startap ekosisteminin gələcəyi və inkişafı üçün bu cür əhəmiyyətli hadisənin pandemiya dövründə onlayn formatda keçirilməsi İnnovasiyalar Agentliyi üçün yeni təcrübə kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, İnnovasiyalar Agentliyi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı - “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılıb. İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiyaların və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən, startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

“Startup Campus” LTD innovativ sahibkarlıq üçün ideya mərhələsindən bazara çıxana qədər qlobal proqramdır. “Startup Campus” LTD beynəlxalq əməkdaşlarının və geniş tərəfdaş şəbəkəsinin köməkliyi ilə dünyanın bir sıra iri şəhərlərində təlim və təhsil, beynəlxalq bazara çıxışı və investisiya xidmətlərini təmin edir. “Startup Campus” LTD Macarıstanın, Mərkəzi və Şərqi Avropanın daha geniş tanınması, sahibkarlığın təşviq edilməsi və müxtəlif regional startap ekosistemlərinin birləşdirilməsinə yönəlmiş qlobal tədbirlərdə aktiv iştirak edir.

“Turan Trade” MMC beynəlxalq tərəfdaşların təşəbbüsü ilə Macarıstan, Rusiya, Qafqaz və Orta Asiyadan genişlənən Turan ölkələri daxilində işgüzar əməkdaşlıq və ticarətin inkişafı üçün təsis edilmiş bir layihə şirkətidir. “Turan Trade” MMC özünün imkan və şəbəkə resurslarını bölgədə işgüzar imkanlarını artırmaq niyyətində olan müəssisələri bir araya gətirməyi hədəfləyir.

HEPA Macarıstanın İxracın Təşviqi Agentliyi Macarıstan müəssisələrinin sonrakı ixrac uğurlarını dəstəkləmək və ölkənin beynəlxalq imicini yaxşılaşdırmaq üçün yüksək keyfiyyətli xidmətlər göstərməyi hədəfləyir. Agentlik iqtisadiyyat sahəsində fəaliyyət göstərən digər dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində işləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSLÜZİV

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO