İNQUŞETİYA: 100-DƏK YARAQLININ ŞƏXSİYYƏTİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, “Novosti” agentliyi müxbirinin Rusiya baş prokurorunun Cənub Federal Dairəsi üzrə müavini Sergey Fridinskidən aldığı məlumata görə, İnquşetiyaya basqında iştirak etmiş 100-dək yaraqlının soyadları müəyyənləşdirilmişdir. O demişdir ki, basqınçılar arasında Çeçenistan və İnquşetiya sakinləri də, ərəblər də var.
S.Fridinski bildirmişdir ki, basqınçılardan 25-i yaxalanmış, onların 9-na qarşı ittihamlar irəli sürülmüşdür.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə yaraqlılar İnquşetiyada bir sıra dövlət hakimiyyəti obyektlərinə basqın etmiş və bunun nəticəsində 90 nəfər həlak olmuş, 100-dək adam yaralanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]